Nə dərəcədə diqqətlisiz? TEST

16 Şubat 2022
4 165
0
Nə dərəcədə diqqətlisiz? TEST
Ən vacib şərt budurki suallara tez bir zamanda uzun düşünmədən cavab verəsiz. Cavablara öncədən baxmaq məsləhət deyil.

1. Təsəvvür edinki idman yarışında iştirak edirsiz. Siz çox cəldsiz və ikinci qaçan idmançını qabaqladız. Hal hazırda neçənci yerdə qaçırsız?

Cavab: Əgər siz düşünürsüzsə ki, yarışın liderisiz onda yanılırsız. Siz ki ancaq 2-ci idmançını qabaqlamısız, odurki elə onun yerində də qaçırsız. 2-ci sualın cavabında daha diqqətli olun.

2. Düşünün ki bəxtiniz gətirib və siz yarışın axırıncı iştirakcısını qabaqlamısız. Bəs indi hansı pozisiyanı tutmusuz?

Cavab: Əgər cavab olaraq axırdan 2-ci yarışcı demisizsə yenə səhv düşünürsüz. Çünki axı siz axırıncı yarışcını qabaqlamısız, demək indi də onun yerinə, yəni axırıncı qaçırsız.
3-cü suala hazırlaşın, amma yadda saxlayın ki, bu sualda kalkulyatorun köməyindən istifadə etmək olmaz. Şifahi hesablayın.

3. 1000-in üstünə 40 gəlin, sonra yenə 1000 əlavə edin. Alınan nəticəyə 30 və 1000 əlavə edin, sonra 20 və 1000 əlavə edin. Axırda alınan nəticəyə 10 əlavə edin. Neçə alındı?

Cavab: 5000? Bu dəfə də səhv alındı cavabınız. 4100- budur doğru cavab. Kalkulyatoru götürün və cavabın doğruluğunu yoxlayın. Riyazıyyat sizlik deyil. Ola bilsin sonuncu sualda bəxtiniz gətirə.

4. Marinin anasının 5 qızı var: Lora, Lara, Lera, Lira. Deyin görək 5-ci qızın adı nədir? Tez cavablayın!

Cavab: Yəqin düşündüz ki, Lura? Təbii ki yox. Qızın adi Maridir. Sualı bir daha daha diqqətli oxuyun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.