Qorxuram Ana...
Hər kəsə hirsliyəm ana... sənə... mənə... dünyaya... bəxtimə... Bilirəm sən mənim üçün ən yaxşısını istəyərsən və bilirəm nə bahasına olursa olsun mənim xoşbəxt olmam üçün hər şeyini verərsən. Amma ana mənim üçün ən yaxşı olan nədir? Mən bilmirəm sən haradan bilirsən? Ən yaxşı yoldaş kimdir ana? Ya ən yaxşı iş? Ən yaxşı həyat?
Bəlkə böyük şəhərlərin birində, böyük bir ofisdə, böyük işlər bacarmaq istəyirəm ana... Bəlkə də böyük görüşlər arxasında qaçmaq... Bəlkə də böyük qasırğaların fotoşəkilini çəkmək... Bəlkə də sakit suların içində balaca bir balıq axtarmaq... Bəlkə də uçmaq istəyirəm ana, dağlara dırmaşmaq, vəhşi heyvanların arxasında qaçmaq... Bəlkə də həyat qurtarmaq istəyirəm ana... Xəstəxanada, məhkəmədə, polis bölməsidə, döyüşdə... Bəlkə də kitab yazmaq istəyirəm ana, sənin mənim qonşunun hekayəsini kağızlara...
Bilmirəm ana... Sən haradan bilirsən?
Amma buraxa bilmirəm səni ana... seni atıb getmiş kimi hiss edirəm ozümü... Günahkar hiss edirəm özümü...
Qanadlarımı endirdim, hər gün bir tük yoluram ana... Gedə bilməyim, getmək istəməyim deyə... Qorxuram ana, qorxuram məni bağışlamazsan deyə... məni artıq sevməzsən deyə...
Amma indi hirsliyəm ana... Getdikcə sənə hirslənirəm... Məni həqiqətən sevsəydi buraxardı deyirəm... Anlamırsan ana, sənin uğruna nə böyüklükdə qurbanlar verdiyimi... görmürsən...
Sən mənə azadlığımı verdim ana...
Niyə qapını çarpdığımı soruşma, rəftarlarımla məşğul olma, saçıma başıma baxma, yemək yemirsəm səbəbi var ana,. Sənin üçün özümdən imtina etdim ana...
Səndən nifrət etmək istəmirəm... amma qopa bilmirəm, tək başıma qalmaq istəmirəm... qorxuram ana... İçimdən qışqırmaq gəlir. ..azad yaşamaq istəyirəm... amma gedə bilmirəm... özümdən nifrət edirəm...
Hər kəsə hirsliyəm ana. ..sənə...mənə...dünyaya...bəxtimə...
İnsan böyüyür azad olur yaxınlarını tərk edir (və ya tərk etmək məcburiyyətində qalır) Amma harda olursanız olun bilinki analar hər nə olursa olsun övladlarını sevir.
Sözüm ondadi ki anaların da övladlarina qarşı səhvləri olur amma nə olursa olsun onları sevməyə davam etməliyik axı onlar bizi böyüdüb başa çatdırıblar.