Maraqlı hekayələr

06 Kasım 2014
1 774
0
Maraqlı hekayələr
Maraqlı hekayələr



Bərbər, bazara borcundan ötəri son dərəcə əldən düşmüş müştərisini təraş edərkən "beyninə salma" deyir, "Bir adam tanıyıram min dollar borcu vardı, istifadə etdiyi nəqliyyat vasitəsini dimdik bir uçurumun tam ucuna gətirdi, bir saata yaxın ayağını əyləcdə tərpətmədən dayandırdı, bu vəziyyətin səbəbini öyrənib narahatlığa qapılan vətəndaşlar aralarında pul yığdılar, pula qovuşub rahatlayan adam vasitəni geri çəkdi və qəza etmədi " Müştəri "ola bilməz" dedi "Bəs kim idi bu yaxşı insanlar?"

Bərbər cavablandırdı:
"İdarə etdiyi avtobusun içindəki vətəndaşlar!"

♥♥♥

Mozes Mendelson çox yaraşıqlı bir adam deyildi.Üstəlik,həm qozbel,həm də qısaboy idi.Bir gün Mendelson Hamburqda yaşayan bir ticarətçiyə qonaq getdi.Bu ticarətçinin,Fromet adlı çox gözəl bir qızı var idi.Mozes bu gözəl qıza elə ilk baxışdan vuruldu. Ancaq bu gözəl qız üçün nəinki onun sevgisinə cavab vermir,hətta üzünə belə baxmaq istəmirdi.

Ayrılmaq vaxtı gələndə Mozes gözəl qızın qarşısına çıxdı və bütün cəsarətini toplayaraq sevgisini elan etdi.Ancaq qızın hələ də başını qaldırıb onun üzünə baxmaması Mozesi çox məyus etdi.Nəhayət,çirkin aşiq gözəl qızdan: “Evliyin Allahın qədəri ilə olduğuna inanırsınızmı?”-deyə soruşdu. “Əlbəttə!..”-gözəl qız cavab verdi. “Bəs siz?”Bəs siz necə inanırsınızmı?..”Bu dəfə bu sualı verən gözəl qız idi.O,hələ də başını qaldırmamışdı.Mozes bir saniyə belə gözləmədən cavab verdi.: “Əlbəttə!Mən də inanıram!”Və sözlərinə belə davam etdi: “Bilirsinizmi,anam bir oğlan uşağı dünyaya gətirəcəyini hiss edəndə belə dua etmişdi: “Allahım,mənim oğlumun qədərində qız olacaqsa və oğlumun evlənəcəyi qızda bir şikəstlik olacaqsa,bu şikəstlik oğlumda qalsın,evlənəcəyi qız gözəl olsun.Çünki şikəst və çirkin qadın,şikəst və çirkin bir kişidən daha dəhşətlidir”.Mozesin bu sözlərindən sonra Fromet gözlərini yerdən qaldırdı,diqqətlə üzünə baxdı və sonra əlini uzadıb onun əlindən tutdu.Və daha sonra Mozesin sevimli həyat yoldaşı oldu...


♥♥♥

Bir professor konfrans vermək üzrə salona girmiş. Amma baxmış ki salonda, qabaq sırada oturan at baxıcısıdan başqa adam yoxdur. Danışıb danışmama mövzusunda tərəddüdə düşən professor at baxıcısınadan soruşmuş:
-Buradakı tək adam sənsən. Sənə görə danışmalıyam, yoxsa danışmamalıyam? At baxıcısı cavab vermiş: -Müəllim mən sadə bir insanam, bu mövzulardan anlamam. Lakin axıra gəlsəydim və bütün atların qaçıb bir dənəsinin tək qaldığını görsəydim, yenə də onu bəsləyərdim.
Bu sözləri dinləyən professor konfransa başlamış. İki saat danışmış dayanmış, konfransdan sonra da özünü xoşbəxt hiss etmiş, dinləyicisinin də konfransın çox yaxşı olduğunu təsdiqlənməsini istəyərək soruşmuş: -Danışmamı necə idi? At baxıcısı cavab vermiş:
-Müəllim sənə daha əvvəl sadə bir adam olduğumu və bu mövzulardan çox anlamadığımı söyləmişdim. Yenə də əgər axıra gəlir, biri xaricində bütün atların qaçdığını görsəydim, onu bəsləyərdim; amma əlimdəki bütün yemi ona verib də heyvanı çatlatmazdım. «Nə qədər bilsən bil, söylədiklərin qarşıdakının anladığı qədərdir.»
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.