SusacaM

06 Kasım 2014
1 493
0
SusacaM
SusacaM



SON GÖRÜŞ MƏKANI..


SusacaMİndi artıq buradayam,
Çağırdığın həmin yerdə..
Bilirəm ki, nəyə görə çağırmısan məni bura..
Çağırmısan ayrılığı beyan edib, qərq edəsən məni dərdə..
Ürəyimə vurmaq üçün dərin yara.
Bir özün bax gətirmisən məni hara!
Ayrılıqdan söyləməyə bundan başqa yer tapmadın bu şəhərdə?!
Bu ki bizim ilk görüşün məkanıdır..
Unutqanlıq? - Olmaz axı bu qədər də!
Həmən köhnə oturacaq, həmən çinar..
O ağacın yanındakı kiçik lampa..
Heç darıxma!
Hava biraz qaralanda, o da yanar..
Sanki yenə biz ilk dəfə görüşürük.
Sanki yenə danışırıq, gülüşürük..
Doğru,
Yenə təbessüm var üzümüzdə.
Bilirik ki, yalançıdır bu təbəssüm özümüz də!
Bir həsrət var gözümüzdə.


SusacaM


SusacaMBəsdi daha, belə susma, de qurtaraq birdəfəlik bu sevdanı,
Bu müəmma, bu suallar evimizi yıxdı artıq,
Qoyaq artıq bu məkanda son nidanı..
Söylə, qurtar deyəcəyin hər nə varsa,
Yaxınlıqda əyləşərək maraq ilə bizə baxan o qocanı, o qarını üzmə artıq,
Kölgəsində durduğumuz parkın qoca çinarını üzmə artıq..
Bitir artıq deyəcəyin o sözünü,
Belə susma, sən üzürsən həm özümü, həm özünü..
Söylə artıq, bu məkanı özgələrə verək, gedək,
Gediriksə, həmişəlik gərək gedək..
Amma öncə bu çinarın üstündəki şüşə ilə cızdığımız adımızı pozaq gərək,
Əvəzində məhəbbətin gözlərinin kor olduğun yazaq gərək!SusacaM



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.