Bədən, Ruh və Eşq...

07 Kasım 2014
1 563
0
Bədən, Ruh və Eşq...
Bədən, Ruh və Eşq...
Bədən, Ruh və Eşq...



Sən bilirsən eşq nədir?

Bilmək lazım deyil! Onu yaşamaq lazımdır! Heç bir sözlə alovun necə yandırdığını təsvir etmək mümkün deyil! Yanmaq lazımdır!
Sən bilirsən necə yanırlar?
Özünü odun hökmünə vermək lazımdır! İradəsiz olmaq, müqavimət göstərməmək, özün üçün nə isə axtarmamaq lazımdır! Cavab gözləmə! Mükafat gözləmə! Tapmazsan peşman olarsan... Təslim olmazsan acı çəkərsən. ...Axı orda sən yoxsan, ancaq od var. Oda çevril! Bütünlüklə onun hökmünə düş, yan, vəssalam!
Bədən, Ruh və Eşq...
Sən bilirsən aşiq kimdir?

Gözü, dili, ürəyi olmayan... O, hər şeyini sevgilisinə verib... İndi onun əvəzinə o, görür, danışır, hiss edir... Əgər o, bir anlığa da olsa özünə aid bir şeyi düşünsə, deməli, ....onu uzun müddətə itirir, deməli, özünü itirir...
Deyirlər bir adam var imiş, həmişə ulduzlara qalxmaq, onların işığını yaxından görmək istəyirmiş. O, gecə- gündüz bunu düşünüb, Allahdan həmişə bunu istəyirmiş. Bir gün adam hiss edir ki, ayaqları yerdən üzülüb ulduzlara tərəf uçur. Sevincindən dünyada hər şeyi, hətta dünyanın özünü də unudur. Ulduzlara lap az qalmış ani olaraq düşünür: «Bu mənim nəyimə lazımdır ki?» Bu, bir an, anın milyondan bir hissəsi müddətdə şimşək kimi çaxdı... O, ulduza çatmadan yerə yıxıldı... Və bir də heç vaxt ora qalxa bilmədi, gecə-gündüz gözlərini ulduzlardan çəkməyib, yenə Allaha yalvarsa da... O, hətta ürəyində əvvəlki istəyi, təşnəni də yarada bilmirdi... Yalvaran, istəyən ancaq dili idi, könlü isə susurdu.
Bədən, Ruh və Eşq...
Sən bilirsən sevgi nədir?

Sevgi könüldə bir dəfə yandırılan və heç vaxt sönməyən işıqdır. O işıq hər tərəfini nura qərq edir, hər kəsi cəlb edir, ancaq hər kəs cürət edib o nurlu otağa girmək istəmir, yanmaqdan qorxur, işıqdan gözlərinin kor olmasından qorxur..., qayıdıb çıxa bilməyəcəyindən qorxur...
Sən bildinmi eşq nədir, sevgi nə?!
Eşq oddur! Sevgi nurdur!
Odsuz-ocaqsız yandıran eşq odu həm bədəni bürüyür, həm ruhu. Bədən ruhsuz yananda od hər şeyi yandırıb kül eləyir. Bu, sondur!
Ruh yananda nur artır. Bədən bu ocağın istisində isinir, yalnız könül gözünün gördüyü bu nurla o da duyur, baxır. Bu, başlanğıcdır...!
Bədən, Ruh və Eşq...
Sən bilirsən könül nədir?

Könül sevgi dolu bir varlıqdır... Könül maddi bədəni ruhi cazibənin hökmünə verən iradədir... Könül heyvani instinkləri ilahi vəhdətlə əvəz edən qüvvədir... Könül insana insanlığını xatırladan yaddaşdır...
Aşiq olan nədir? Ürəkmi? Könülmü? Eşqə düşmən, hədd olaraq ağıl götürülür... Sevənin soyuq düşüncəsi olmur deyirlər... Su od tutub yananda onu nə söndürə bilər? Ağıl aşiq olanda onu nə ilə susdurmaq, sakitləşdirmək olar? Ağıl dönüb könül olanda nə etməli?
Bədən, Ruh və Eşq...
Bədən, Ruh və Eşq


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.