Son...!
Bütün dostluqlarmı sevgiylə bitər, ya sevgilərmi ayrılıqla?Bəzən bəzi şeylər başlamazdı kaş,olmazdı deyirsən.Bəzən isə.......
Ən gözəl dost olduq biz,elə dostluğumuz səni sevdirdi mənə.Amma nədənsə hər şey tərslikdən başladı ilk danışdıgımızda.Xatırlayırsan?
Bizim heç ilk görüşümüz olmadı ki....Bizim ilk görüş istəyimiz oldu...hər şey pis başladı demirəm –yox-hər şey yolunda gedirdi.....
Amma olmadı,alınmadı.Mən sənə sayğımdan hamını,hər şeyi unutmağa ,bəlkə də bütün ömrümü sənə həsr etməyə hazırkən sən mənim üçün cəsarətsiyliyi seçdin.Vəfasızsan-deyə bilmərəm çünki xəyanətinə şahid olmadım.Başqalarına bəlkə də şans vermisən,amma ümid verməmisən, ''adın kimi'' bilirəm.Amma mənə vermişdin,o ümidi,xəyal vermişdin,ən əsası özünü vermişdin.Verdiklərini də tək-tək aldın......Qorxdun elə bil.....bu qədərmi aciz oldun,bu qədərmi cəsarətsiz?sona qədər bölüşmədin mənimlə nə özünü,nə də qəlbini.....
Sonra isə getdin.....Bəs geriyə baxdınmı heç?Kimi tək qoyduğunu bilirsən?...Məni!..hə Məni!..Dostum sözünü çox gördüyün məni!
Daha nə qədər dözüm ki?Daha nə qədər dözə bilərdim?..
Mən səninlə bir gülməyi,ağlamağı,hər çətinliyə dözməyi gözə almışdım,xəyallar qurmuşdum, dünyamızı qurmuşdum..İkimizə aid bir dünya.Amma sənin bəlkə də belə xəyallardan,bu dünyadan heç xəbərin də yoxdu.....Sən heç mənim xəyalımı yaradıb doya doya baxmısan?Mənə ağlamağı bilmirəm dediyin kimi ..dostumda də deyə bilmədin...bəs mənim üçün ağladınmı heç?
Artıq qəlbim inciyib səndən.Ruhum da ruhunla danışmır.Xatirələri də silib atmışam.İndi istədiyin qədər gül,əylən,gəz,başqalarına ümid ver.İndi yeni bir səhifə aç özün üçün-mənsiz səhifə.belkede artiq acmisan....
Xoşbəxtliyini gəz, ancaq unutma-o səhifəyə yazılacaq yeni bir ad daha bir yeni səhifə yaradacaq və yaranan hər yeni səhifə mənim çəkdiklərimin əvəzi olacaq sənə....
Haqqında düşünəndə "bəlkə"lərlə düşünürdüm səni.İndi sən isə "bəlkə bir gün dönər" deyib, "kaş ki"-lərlə yaşayacaqsan.....
Amma hər duaya amin deyilmir bunu bilirsən..UNUT....Mən artıq öz yeni səhifəmi açdım...İki yoldan yalnız birini seçdim.Biri mənə xoşbəxtlik vəd edirdi, digəri isə sənə olan sevgimi....
Amma sən o yolun bütün qapılarını bağladın, qəlbimi incitdin. Mənə başqa şans vermədin. Mən də mənim üçün doğru olanı, layiq olduğumu seçdim-xoşbəxtliyimi….Bağışla, indi mən xoşbəxtlik yolunda gedirəm. Səninlə olmayan bir yol. Ağrı verən bir hissdir, qəlbimdə hələ də sənin sevginin izləri varkən necə xoşbəxt olacağımı da bilmirəm.
Hər dəfə içərək mənə xoşbəxtlik diləyən şəxs hər dəfə də eyni ünvana qayıtdı.
Nə özü yaşadı, nə də yaşatdı.
Sənə son söz olaraq nə deyə bilərəm axı?
Son sözü sən de!Çünki,artıq məndən bu qədər ..!bezmədim sadece yoruldum .....