“Uzun ömür nöqtəsi” – 100 xəstəliyin çarəsi

20 Aralık 2018
893
0
“Uzun ömür nöqtəsi” – 100 xəstəliyin çarəsi
İnsan bədənində uzunömürlük nöqtəsi adlanan bir yer var ki, onun sayəsində uzun və sağlam ömür sürmək mümkündür.

Feat.Az
medicina.az-a istinadən insan bədənində yerləşən uzunömürlülük nöqtəsinin yerini açıqlayır.

Ovuclarınızı dizlərinizə qoyun. 4-cü barmağınızın altında ayaq sümükləri arasında çökəklik hiss edəcəksiniz. Məhz bu çökəklik sizin orqanizminizin uzunömürlük nöqtəsidir.

Hər ayaqda yerləşən bu nöqtəni ilk 7 gün ərzində sadəcə olaraq masaj etmək kifayətdir.

Daha sonra isə hər gün saat əqrəbi istiqamətində 30 dəqiqə müddətində dairəvi hərəkətlərlə masaj etmək lazımdır. Masaj orqanizmə stimullaşdırıcı təsir edir. Sonra isə həmin nöqtələrin qızdırılması tələb olunur. Belə ki, termik yanıq almamaq şərtilə yüngülvarı qazarıqlıq yarananadək 1-3 dəqiqə müddətində isti fenlə qızdırmaq lazımdır. Bu müddət 30 dəqiqəyə qədər artırılmalıdır.

Nəticədə insanın immuniteti güclənir, sağlam və həyatsevər olur.

Bu nöqtə çin dilində "Su San li" adlanır. Qədim Çin təbabətində nöqtələrlə müalicə çox məşhurdur. Buna görə də Uzaq Şərq öləkələrində yaşayan insanlar öz sağlamlıqları və uzunömürlükləri ilə seçilirlər. Belə hesab olunur ki, bu nöqtə qadınlarda və kişilərdə olan yüzlərlə xəstəliyi aradan qaldıra bilir. Onun köməyi lə cinsi orqanların, dalaq və mədə, baş ağrıları, göz xəstəliklərini aradan qaldırmaq mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.