Üzünüzü duz maskası ilə cavanlaşdırın

10 dekabr 2018
475
0
Üzünüzü duz maskası ilə cavanlaşdırın
Duz üzdə olan şişkinliyi aradan qaldırır, qırışları açır, dərini hamar və elastik edir. Onu kompres şəklində istifadə edildikdə solğun dərini yenidən canlandırır.

Feat.Az
medicina.az-a istinadən xörək duzundan cavanlaşdırıcı kimi istifadə qaydasını açıqlayır:

1) Üzə və boyuna yağlı krem çəkin. 2 x/q xörək duzunu 1 l qaynar suda həll edin. Xovlu dəsmalı bu məhlulda isladın və həm üzünüzə, həm də buxaq hissədən boğazınıza bağlayın. Kompresi üzdə 10 dəqiqə saxlayın, daha sonra sərin su ilə yuyun.

2) Kətan materialdan olan parça kisənin içinə 50-70 °C-dək qızdırılmış duz tökün. Əgər istiyə dözə bilmirsinizsə, o zaman kisəni əlavə dəsmala bükün. Kompresi bədəninizin istənilən başqa yerlərinə də qoya bilərsiniz. 10 dəqiqədən artıq saxlamaq məsləhət deyil.
Şərh Yaz