Xurmada cavanlığı qoruyan maddə tapılıb

11 Aralık 2018
811
0
Xurmada cavanlığı qoruyan maddə tapılıb
İnsan yaşa dolduqca onun orqanizmində zədələnmiş hüceyrərin sayı artır.

Cavan orqanizm belə hüceyrələrdən daha tez azad olur, yaşlaşdıqca isə bu funksiya zəifləyir və zədələnmiş hüceyrələr artımağa başlayır.

Zədələnmiş hüceyrələr orqanizmdə iltihabın səviyyəsini qaldırır, toxumaların vəziyyətini pisləşdirir, onkoloji xəstəliklərin riskini artırır.

Xurmanın tərkibində olan fizetin maddəsi orqanizmdə zədələnmiş hüceyrələrin sayını azaldır ki, bu da sağlamlığına müsbət təsir edir, orqanizmi cavan saxlayır, ömrü uzadır. Bunu ABŞ-da siçanlar üzərində aparılmış araşdırmalar təsdiq edib.

Feat.Az saglamolun.az-a istinadən bildirir ki, Mayo Klinikası və Minessota Universiteti alimlərinin birgə araşdırmasının nəticələri EurekAlert! portalında dərc olunub.

Fizetin həmçinin insanın beyinin fəaliyyətini çox yaxşı təsir edir, beyinin qocalmasının qarşısını alır.

Xurmadan əlavə flavonol fizetin xiyar, çiyələk, alma, üzüm, soğan, kivi və şaftalıda var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.