Demişdim...

09 Kasım 2014
1 338
0
Demişdim...
Demişdim...

Demişdim, kimsənin sözünə uyma,
Kim sevə bilər ki, səni mən qədər ?
Mənim sözlərimə məhəl qoymadın,
Kimsə yandırmadı məni sən qədər…


Halbu ki, dözəsi bir şey də yoxdu,
Sadəcə başını qatdılar sənin.
Güya yaxşılıqın istəmişdilər,
Cəhənnəm oduna atdılar səni...


Demişdim, səbr elə düzələr hər şey,
Başını, beynini yedilər sənin.
Çox deyil, bir azca səbrin çatmadı,
"Nə böyük səbrin var" dedilər sənin…


Demişdim, unutmaq asan iş deyil,
Yaşanmış anları unutmaq olmur.
Sehirli Xalat da keçmişdə qalıb,
Daha keçmişə də qayıtmaq olmur…


Demişdim, tərk edib gedirsən məni,
Bir gün peşman olub axtaracaqsan.
Demişdim, haçansa məni görəndə,
Yazıq baxışlarla yalvaracaqsan

EdiT By:TuruW
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.