Tənhalıq və təklik səni yoracaq
Son kəs gözlərinə baxaraq sənin,
Son dəfə əlini sıxıb gedəcəm.
Hər dəfə demişdim
bacarmamışdım,
Bu dəfə dəqiqdi, çıxıb gedəcəm.
Gedəcəm sıxacaq divarlar səni,
Tənhalıq və təklik səni yoracaq.
Mən səndən qaçsamda bu
xatirələr,
Unutma kölgə tək səni qovacaq.
Qayıq tək dənizə baş vuran anda,
Baxassan arxamdan bir liman
kimi.
Bilirəm yadına düşəcəm sənin,
Başqa bir sevgidə uduzan kimi.
Olassan sahildə yalqız bir liman,
Dənizə durmadan boylanacaqsan.
Gözünə qaraltı dəyəcək bir an,
Düşünəssən mənəm
aldanacaqsan.
Mən yorğun qayığam eşq
dənizində,
Bəlkə ciskin, duman gözləyir məni.
Bəlkə də sahilə çatıb görəcəm,
Yep-yeni bir liman gözləyir məni.