Səhv

29 Şubat 2016
1 649
2
Səhv
Səhv


Səhv


Sahildə gəzməyi, nə qədər sevirsən? Dənizi sevdiyini bilirəm, onsuzda məndən başqa bütün dünyanı sevmiş birisən... Sadəcə birisən
İki gün bundan əvvəl sahildə gəzirdim. Xəzərə çirkli deyənlərin şərəfinə
Narın yağış yağırdı..
O kiçik damlaların Xəzər üstündə yaratdığı gözə görünməz dalğalarda nələr var idi, bir bilsən...
Yağışda islanmaq istəyirdim. Niyə? Bəlkə bu dəfə ağladığımı görən olmazdı. Amma evdən çıxanda rəngli çətirimi özümə yoldaş apardım.
Bəlkə də, kiminsə fərqinə varmaq istəyirdim. Kimsə gəlib sual verərdi...
Bəlkə, danışardım hər şeyi, bəlkə də susardım... Hə, susardım... Yazılmağa daha çox ehtiyacın var sənin!
Səhv bilirsən nədədi? -Hər insanın üstündə kiçik bir qeyd olar.

"Mən səni sevirəm"! qeyd: mən sevgi deyəndə, sevişməyi nəzərdə tuturam
"Mən heç vaxt xəyanət etmərəm"! qeyd: səni kor edərəm sözlərlə, sən o xəyanəti görməzsən.
"Mən səni tərk etmərəm"! qeyd: gedəcəm, amma özümdən iz qoyacam səndə.

Bu vitrində gördüyümüz paltarın endirim etiketinə baxmadan almaq kimidi. Və düşünərik ..... Bəlkə endirim etiketi unudulub. Necə ki, bir insanın dəyişəcəyini düşünərək... Endirimin olmadığını eşidib kor-peşman qayıdarıq... Və bir müddətdən sonra o paltarı heçdə ona yaraşmayan birinin üstündə görərik... Və həyatın zarafatı
"Həyat səni güldürmürsə, demək zarafatı anlamamısan"
Anton Çexov


Səhv
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 29 Şubat 2016 17:36
    coox gozeldir cooxda haqlisan gedecem amma sende iz qoyacam
  2. ceyla
    • ceyla
    • 29 Şubat 2016 15:32
    xoşum geldi xebere elinize saglıq 64
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.