Bütün gün yatmaqla soyuqdəyməni müalicə etmək olar? - Yuxu ilə zökəmin ilginc bağlılığı
Bəs adi burun axmasında dərhal yataq rejiminə keçmək düzgündürmü?
Feat.Az medicina.az-a istinadən bildirir ki, əgər siz artıq xəstələnmisinizsə, o zaman yatmaq sizin edəcəyiniz ən yaxşı müalicə ola bilər. Səbəbi isə orqanzimin virusla mübarizə apararaq enerji resusrslarını maksimum işlətməsidir.
"Həqiqətən də yuxu sağalma prosesinə müsbət təsir edir. İnsan yatarkən orqanizm viruslarla maksimum həddə savaşa bilir. Bundan əlavə, yuxu zamanı beynin müqavimətə cavabdeh hissələri aktivləşir. Buna görə də xəstə insan həmişə yuxulu olur və yatmaq istəyir", - deyə alimlər bildirir.
Buradan belə məlum olur ki, xəstə insan mütləq istirahət etməlidir. Buna görə də əgər xəstələndiyiniz hiss etsəniz, o zaman orqanziminizin viruslarla mübarizədən qalib çıxması üçün mütləq kifayət qədər yatmalısınız.