Gecələr niyə susayırıq?

07 Şubat 2019
1 045
0
Gecələr niyə susayırıq?
Bəzən insan gecələr susuzluq hiss edir. Bu hal gecələr yuxusuzluğa, narahatlığa səbəb olaraq iş qabiliyyətini zəiflədə bilər. Buna görə də gecələr yatağa uzanarkən yanınıza bir stəkan su qoymaqdan əlavə yaranan bu vəziyyətin səbəblərini də araşdırmağa çalışın.

Feat.Az
medicina.az-a istinadən bildirir ki, gecələr susamağın bir neçə səbəbi ola bilər ki, onlardan bir neçəsi aşağıdakılardır:

1) Qeyri-düzgün qidalanma

Bu səbəbdən sağlamlıqla bağlı bir çox problemlər yarana bilər. Həmçinin də qida rasionuna kifayət qədər meyvə və tərəvəz qəbul etmədikdə susuzlama riski yarana bilər. A vitamini çatışmazlığı yaşanan zaman da ağızda quruluq yaranır. Əgər yuxu qabağı yağlı və ağır qida qəbul etsəniz, eyni halla üzləşə bilərsiniz.

2) Maye çatışmazlığı

Orqanizm 70% sudan ibarətdir. Suyun miqdarının az olması orqanizmin tez qocalmasına və bir sıra xəstəliklərin üzə çıxmasına səbəb ola bilər. Hər gün insanın bədənindən tər və sidik vasitəsilə maye ayrılır. Bu itkinin yerini doldurmaq üçün orqanzimin müdafiə mexanizmi - susamaq işə düşür.

Bədəndə suyun çatışmamasının əlamətləri: tualetə az-az getmə, qəbizlik, sidiyin tünd rəngdə olması, ağızda quruluq, dərinın quruluğu, ağız suyunun qatı olması, başgicəllənmə, yorğunluq, əzginlik, qıcıqlanma, təzyiqin yüksəlməsi. Bu hallar sizin gecə susamasından əziyyət çəkdiyinizi bildirir. Bol su içərək bu problemi aradan qaldırmaq mümkündür.

3) Dərman qəbulu

Əgər siz yatmazdan əvvəl dərman qəbul edirsinizə, o zaman sizdə gecə susaması yarana bilər. Bu dərmanlara ağrıkəsıcilər, diabet dərmanları, təzyiq dərmanları, ürək dərmanları kimi preparatları misal çəkmək olar.

4) Şəkərli diabet

Qanda olan şəkərin miqdarının yüksək olması hüceyrələrdən suyu çəkib çıxarır. Bu səbəbdən də sidik ifrazı artır. Bədəndə olan suyun azalması səbəbindən də gecə susaması yaranır.

5) Qanazlığı - anemiya

Qan azlığı səbəbindən də gecə susaması yarana bilər. Bu xəstəlik sağlam eritrositlərin çatışmazlığı səbəbindən baş qaldırır. Susamaqdan əlavə, qan azlığı zamanı baş gicəllənməsi, zəiflik, yorğunluq, huşun itməsi kimi əlamətlər də ortaya çıxa bilər.

Orqanzimdə 40-50 litr maye var. Bu maye toxuma və hüceyrələrin qidalanması, ürək-damar sistemi, qan dövranı və digər orqanlar sisteminin işi üçün çox vacibdir.

Gecələr susamamaq üçün su balansını normada saxlamaq tələb olunur. Sutkalıq su qəbulu hər kq-a 30 ml təşkil edir. Yəni əgər siz 60 kq çəkidəsinizsə, o zaman gün ərzində 1,8 litr su qəbul etməlisiniz.

Bundan əlavə, qida rasionunuza mütləq tərkibi su ilə bol olan tərəvəz, meyvə, göyərti daxil edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.