Mən anamı və atamı çoox sevirəm..

10 Kasım 2014
5 940
0
Mən anamı və atamı çoox sevirəm..
Mən anamı və atamı çoox sevirəm..

Mən anamı və atamı çoox sevirəm...
Hər uşaq sevər anasını,atasını. Amma mən hamıdan çox sevirəm. Çünki biz imkansız ailəyik. Mən sizlər kimi deyiləm. Yox,məni pis başa düşməyin. Biz hamımız insanıq. Hamımızın problemləri,çətinlikləri olur...
Amma mən həyata göz açdığım andan bəri tək problemim var. Özdə çox çirkli problemdir: PUL...
Nə qədər balaca olsamda gördüm onun bütün çətinliklərini... Yadıma gəlir, bir dəfə evdə çox az miqdarda yemək qalmışdı. Atam da,anam da işsiz idi. Demək olar ki,borc pul hesabına dolanırdıq. Mən məktəbdən evə gəldim, ayaqqabılarım cırılmışdı. Və çox ac idim.
Anamın atama dediklərini eşitdim. O evdə ərzaq qalmadığını deyirdi. O an içəri girdim.
Anam otur qızım sənə yemək verim dedi...
Mən isə... Yox ana acmamşam hələ,dərslərimi hazırlayım sonra yeyərəm...
Halbuki çox acmışdım. Tərslikdən məktəbdəki uşaqlar ayaqqabım cırılıb deyə mənə lağ edirdilər. Çox pis olmuşdum.
Onlar hər dəfə yeni paltarlar geyinirdi. Yox,paxııllıq eləmirdim. Sadəcə mən də istəyirdim...
Axı mənim onlardan fərqim nə idi?
Atam və anamdan nəsə istəməyə xəcalət çəkirdim. Bəs mənim günahım nə idi?
Balaca bacım var idi. Hələ birinci sinifə gedirdi. Yadıma gəlir bir dəfə məktəbdən evə gəlirdi o şirinquş istədi... Elə pis oldum ki,cibimdə bircə qəpik pulum yox idi... O an ürəyimdə dedim

“ALLAHım nə olar mənə göstərdiyin yoxluğu göstərmə ona...” Mən onun böyük bacısı idim amma ən kiçik şirinquş istədiyini də yerinə yetirə bilməmişdim. Səhəri gün özümün çox sevdiyi bir oyuncağını 20 qəpiyə görə dostumla dəyişdim. Və bacıma şirinquş almışdım. Onun gözündəki sevinc hər şeyə dəyərdi.
Və sabah ad günüm idi. Anamla atam mənə təzə ayaqqabı almışdı. Elə çox sevinirdim ki,bir tərəfdən mənə görə borca girməklərinə üzülürdüm. O gün ad günü keçirməyə imkanmız olmamışdı amma olsun... Təzə ayaqqabım var idi daha heç kəs mənə istehza ilə baxmayacaqdı....
Bu sadəcə kiçik xoşbəxtlik idi... Açılan səhər yoxluğun əsl üzünü bir daha göstərəcəkdi... Ümidlər bir daha puç olacaqdı və o kiçik saf və məsum gözlərdən çarəsizcə yaş axacaqdı..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.