Sürətli yeriyən adamları sevindirən ARAŞDIRMA

03 Haziran 2019
856
0
Sürətli yeriyən adamları sevindirən ARAŞDIRMA
Amerikalı alimlərin sözlərinə görə, çəkisindən asılı olmayaraq sürətlə yerinə insanlar daha çox yaşayır.

Feat.Az
publika.az-a istinadən xəbər verir ki, ABŞ tədqiqatçıları 10 il ərzində 474 919 insanın səhhəti haqqında məlumatları öyrənib. Onlar iştirakçıların yerimə tempi və bədən quruluşu haqqında məlumatları toplayıb.

Məlum olub ki, sürətlə yerinən adamlar 86 ildən çox yaşayıb. Asta yeriyən insanlar isə 64 yaşa qədər ömür sürüb. Ən maraqlısı odur ki, bu, bədən quruluşu və piylənmənin səviyyəsindən asılı deyil.

Tədqiqatın müəllifi Tom Yeyts bildirib ki, əvvəllər insanlar ömrün uzunluğunu çəki ilə bağlayırdı. Amma hər şey fiziki hazırlıqdan asılıdır:

"Nəticələrin möhkəmliyinə təsir edən bir çox amil mövcud olmasına baxmayaraq, fiziki məşqləri artırmaq öz sağlamlığınız üçün edə bildiyiniz ən yaxşı işdir".

Tədqiqat yalnız müşahidələrə söykənir və yerimə ilə uzunömürlülük arasında arasında səbəb-nəticə əlaqəsini göstərmir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.