Harvard professoru uzun yaşamağın sirrini açdı

25 iyun 2019
134
0
Harvard professoru uzun yaşamağın sirrini açdı
Həftə ərzində 150 dəqiqə gəzinti yaşlı insanlara dünyanın bir çox ölkələrində tövsiyə edilir.

Feat.Az
bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Tövsiyələr fiziki aktivliyin insan səhhətinə təsirini araşdıran tədqiqatın nəticələrinə əsaslanır. Bəzi mütəxəssislər isə fiziki yüklənmənin dəqiqələrlə ölçülməsini düzgün hesab etmir.

Harvard Universitetinin professoru Ay-Min Li qəzetə müsahibəsində bildirib ki, yaşlı qadınlar üçün fiziki yüklənməni onların atdıqları addımların sayı ilə ölçmək daha dəqiq olardı.

"Journal of American Medical Association" qəzetində dərc olunan yeni tədqiqatda professor Li və onun həmkarları tonusun saxlanması üçün lazım gələn addımların sayını aydınlaşdırmağa çalışıblar.

Onlar əksəriyyəti yaşı 70-ə çatmış 17 min qadın üzərində müşahidələrin nəticələrini tədqiq edərək belə qənaətə gəliblər ki, vaxtsız ölüm riski ehtimalını azaltmaq üçün gün ərzində 7,5 min yüngül gəzinti addımı atmaq kifayət edər.

Az hərəkətli həyat tərzi keçirən qadının gün ərzində atdığı təxminən 2,7 min addım vaxtsız ölüm riskinin qarşısını almır. Professor Li gündə 10 min addımın atılmalı olduğu barədə populyar mülahizənin elmi tədqiqatlar vasitəsilə təsdiqini tapmadığını da qeyd edib.
Mənbə:medicina.az
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)
21:00
663

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)

16.07.2019 Gündəlik Bürclər (16 İyul 2019 Günlük Bürclər)
20:00
2 032

16.07.2019 Gündəlik Bürclər (16 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (205)
19:00
736

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (205)

Sevgi Kitabı Yazılı Şəkilləri 2019 (1)
18:00
665

Sevgi Kitabı Yazılı Şəkilləri 2019 (1)

Qızlarda cinsi yetkinlik
17:00
245

Qızlarda cinsi yetkinlik

Frida Kahlo Yazılı Şəkilləri 2019 (6)
15:00
341

Frida Kahlo Yazılı Şəkilləri 2019 (6)

Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!
14:00
125

Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!

Dünyaya realist gözü ilə baxan 5 bürc
13:00
416

Dünyaya realist gözü ilə baxan 5 bürc

Energetik içkilərin normadan çox qəbulu...
12:00
94

Energetik içkilərin normadan çox qəbulu...

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ