Miqrenin dərmanı çiy çuğundur imiş – Nə qədər yeməli?
Məlumdur ki, insanlarımız çiy çuğunduru yeməyə alışmayıb.
Feat.Az çuğunduru çiy yeməyin mümkünlüyünü və faydalarını araşdırıb.
Məhz çiy çuğundurdan qədimdə loğmanlar qanazlığı, zəiflik, qəbizlik, mədə-bağırsaq spazmlarını müalicə edirdilər.
Çünki çiyində daha çox qiymətli maddələr, vitaminlər olur.
Çiy çuğundurun faydaları:
-Həzmi normallaşdırır
-Qanda xolesterini azaldır
-Maddələr mübadiləsini yaxşılaşdırır
-İmmuniteti artırır
-Qanı artırır
-Qaraciyəri təmizləyir, hüceyrələrini bərpa edir.
-Damarları möhkəmləndirir, tromb əmələ gəlməsinə imkan vermir
-Xərçənh şişlərinə qarşıdır
-Orqanizmi, bağırsaqları toksin və şlaklardan təmizləyir
-
Necə qəbul etməli?
Çuğundur torpaqda olan nitratları özünə sürətlə çəkir. Orqanizmi nitratlardan qorumaq üçün çuğundurun baş hissəsini kəsin.
Çiy çuğunduru yaxşı yuyub qabığını soyub, orta hissədən olmaqla kiçik dilimlərə bölüb, gün ərzində az-az olmaqla qəbul edin. Gündəlik norma 100 qramdır.
Sümükləri kövrək, osteoporozu, böyrəyində daşı olanlar, diareyadan əziyyət çəkənlərə olmaz.