Günvurma günəşin yandırıcı şüalarının təsiri nəticəsində baş verir

18 Temmuz 2019
128
0
Günvurma günəşin yandırıcı şüalarının təsiri nəticəsində baş verir
Yay mövsümündə ən çox müşahidə edilən hallardan biri də günvurmadır. Günün çox hissəsini açıq havada keçirmək, günəş altında fasiləsiz şəkildə fiziki işlə məşğul olmaq günvurma təhlükəsi ilə üz-üzə qoyur.

Təbii ki, günvurmaya qarşı zəruri olan tədbirlər hər kəsi maraqlandırır. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikdən əziyyət çəkənlərin isti havada xəstələnməməsi üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Lakin istidən qorunmaq tədbirləri təkcə həmin kateqoriyadan olanlara yox, həm də tam sağlam olanlara da aiddir.

Feat.Az bildirir ki, paytaxtdakı 19 nömrəli poliklinikanın həkim-terapevti Gülnarə Məmmədova bu barədə AZƏRTAC-a deyib: "Yüksək təzyiqdən, endokrin sistemi xəstəliklərindən, ürək ritminin pozulmasından əziyyət çəkənlər və çəki artıqlığı olanlarda günvurma halları daha çox müşahidə olunur. Həmin kateqoriyadan olanlar isti günəş şüaları altında çox qalmamağa çalışmalıdırlar. Lakin hansısa zərurətdən buna məcbur olduqda mütləq qoruyucu vasitələrdən, məsələn, papaq, baş örtüyü, çətir və s. istifadə etmək lazımdır. Onlar həmişə öz yanlarında sərin su gəzdirməli və çoxlu maye qəbul etməlidirlər".

Günvurma nəticəsində orqanizmdə ciddi problemlər yarana bilər, ürəkbulanma, gözün qaralması, güclü başağrıları və bəzən də qusma halları baş verir. Zərərçəkənə göstərilməsi zəruri olan ilk tibbi yardım tədbirləri barədə danışan həkim-terapevt deyib: "İlk növbədə günəşin təsirinə məruz qalan xəstəni sərin və kölgəli yerə çəkmək, üst geyimlərini yüngülləşdirmək lazımdır. Bədən hərarətini aşağı salmaq üçün ona soyuq su vermək, üzünü və sinəsini soyuq su ilə silmək lazımdır. Başına, boyunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə buz və ya bu mümkün olmadıqda soyuq su ilə islatma qoyulmalıdır. Huşunu itirdiyi halda zərərçəkənə naşatır spirti iylətmək, tənəffüs olmadıqda isə süni tənəffüs vermək tələb olunur. Bundan sonra mütləq həkimə müraciət etmək lazımdır".

ƏN SON XƏBƏRLƏR

HAMISI
Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (32)
21:00
694

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (32)

19.10.2019 Gündəlik Bürclər (19 Oktyabr 2019 Günlük Bürclər)
20:00
1 485

19.10.2019 Gündəlik Bürclər (19 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (294)
19:00
725

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (294)

Axtar Onu Yazılı Şəkilləri 2019 (4)
18:00
789

Axtar Onu Yazılı Şəkilləri 2019 (4)

Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin
17:00
169

Bədənimizin ƏN ÇOX EHTİYAC DUYDUĞU 3 vitamin

İki Kappuçino Yazılı Şəkilləri 2019 (27)
15:00
626

İki Kappuçino Yazılı Şəkilləri 2019 (27)

Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI
14:00
146

Beyinə bənzəyən tərəvəzin İNANILMAZ FAYDALARI

Bürclər Haqqında Maraqlı Məlumatlar (610) - Fotolar
13:00
436

Bürclər Haqqında Maraqlı Məlumatlar (610) - Fotolar

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?
12:00
171

Uşağın başı nə zaman böyük və ya balaca sayılır?

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ