Çayın tərkibindəki bu maddə xərçəngi müalicə edir

14 Temmuz 2019
676
0
Çayın tərkibindəki bu maddə xərçəngi müalicə edir
Xərçəng XX və XXI əsrin bəlası sayılır.

Bu günə qədər alimlər bir çox təcrübələr aparsalar da, bu xəstəliyin tam müalicəsini tapa bilmirlər. Amma ara-sıra aparılan təcrübələr xərçəng hüceyrələrini məhv edən, bu xəstəliyinin yaranmasının qarşısını alan müəyyən üsulları üzə çıxarır.

Feat.Az xəbər verir ki, gündəlik həyatda içdiyimiz çay xərçəngə qarşı mübarizə üsulu sayıla bilər. Bunu yapon alimləri qeyd ediblər. Bildirilir ki, yaşıl çay xərçəngin inkişafının qarşısını ala bilər.

Alimlər vurğulayırlar ki, effekt əldə etmək üçün gün ərzində 4-6 fincan yaşıl çay içmək lazımdır. Bu çayın tərkibində olan xüsusi antioksidantlar sərbəst radikalların yaranmasının qarşısını alır.

Bundan əlavə, yaşıl çay arıqlamağa da kömək edir. Çünki tərkibində olan elementlər piyi əridir və metabolizmi sürətləndirir.

Qeyd edək ki, badam, tuna balığı, yumurta və toyuq əti də xərçəngə qarşı mübarizədə kömək edir.
Mənbə:olke.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.