Şəkəri əvəz edən faydalı qidalar - SİYAHI

11 Ağustos 2019
712
0
Şəkəri əvəz edən faydalı qidalar - SİYAHI
İşlənmiş şəkərin ziyanları barədə çoxlarımız məlumatlıyıq. Amma buna baxmayaraq, gündəlik qidalanmada şəkər, işlənmiş şəkərlə zəngin olan məhsullardan geniş istifadə olunur. Mütəxəssislərsə hər zaman işlənmiş şəkər yerinə təbii qidalardan istifadənin zəruriliyini vurğulayırlar. Yeməklərə, şirniyyatlara şəkərin dadını verən bir çox təbii qidalar var. Bəs onlar hansılardır? Feat.Az sıyahını təqdim edir.

1. Bal
Yeməklərimizdə ən çox istifadə olunan bu məhsul təbii şəkərlərlə zəngindir. Bal həm də tərkibində vitamin və mineralların çoxluğu baxımından olduqca əhəmiyyətlidir.

2. Banan
Tam yetişmiş bananlar daha çox şəkər ehtiva edir. Tam yetişməmiş bananları isə sobada qəhvəyi rəng alana qədər isitdikdən sonra şirniyyatlarınıza əlavə edə bilərsiniz.

3. Duz
Əslində, şəkər əvəzinə duz istifadə etmək bir qədər təəccüblü görünür. Lakin duzun tərkibindəki maddələr qidanın içində olan təbii şəkəri ortaya çıxarmaq özəlliyinə malikdir.

4. Şirin ədviyyatlar

Darçın, hil, razyana kimi ədviyyatları şəkər əvəzinə istifadə edə bilərsiniz.

5. Vanil
Təbii şəkərlərlə zəngin olan vanili toz halında və ya toxumları ilə birlikdə şirniyyatlara əlavə edə bilərsiniz. Dad verməklə yanaşı, yaydığı xoş ətir sizə zövq verəcək.

6. Kök
Əgər şirniyyatlarınıza şəkərə alternativ olaraq kök əlavə edəcəksinizsə, onların bişirildikdən sonra daha şirin olduqlarını unutmayın.

7. Soğan
Nə qədər heyrətə səbəb olsa da, soğan yeməklərə şirin bir dad verir.

8. Təbii meyvə suları
Bu sular tərkibində olan bol vitaminləri ilə həm sağlamlığımız üçün faydalıdır, həm də təbii şəkər ehtiva edir.

9. Xurma
Karamelə bənzər bir dada sahib olan bu möcüzəli meyvəni şirniyyatlara əlavə edərək, şəkəri istifadə etməyi tərgidə bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.