Payız depressiyasının səbəbləri

12 Ekim 2019
287
0
Payız depressiyasının səbəbləri
Yay bitdi. Artıq payızın ilk günlərini yaşayırıq. Hazırda elə bir fəsildəyik ki, həyat dolu insanlar belə depressiyanın ən geniş yayılmış növü olan mövsümi və ya "payız depressiyası" yaşayır. Payızın gəlməsi ilə bir çox insan xüsusi səbəb olmadan daha kədərli və hüznlü olur. Qısalmış günlər, tutqun hava, boz təbiət...

Bütün bunlar payız depressiyasının yaranmasına səbəb olur və dünyada hər beş insandan biri bu depressiya növündən əziyyət çəkir.

Feat.Az xəbər verir ki, payız depressiyası əhvalın dəyişkən, çox vaxt onun aşağı olması, müəyyən situasiyalarda insanın təfəkkürünün donması, hərəkət aktivliyinin tormozlanması ilə xarakterizə edilən psixoemosional vəziyyətdir. Mütəxəssislər hesab edir ki, payız depressiyasına məruz qalan insan həyatda öz yerini tapa bilmir, öz istəklərini boğur və məmnunluq hissini itirir. Bu daha çox psixoloji olaraq depressiyaya meyilli olan insanlarda baş verir.

Depressiyanı ümumiyyətlə, biz daha çox soyuq aylarda müşahidə edirik. Orqanizm də istiyə öyrəşir və adaptasiya olunur. Amma o mühitdən başqasına keçəndə bir az deqradasiya formasında depressiya yaranır.

Payızda günəş şüalarının azalması orqanizmdə melotonin hormonunun artmasına səbəb olur ki, bunun nəticəsində də əhval-ruhiyyə aşağı düşür. Mütəxəssislər hesab edir ki, belə hallarda qidalanmaya diqqət etmək lazımdır. Kalorili yeməklər yemək vacibdir.

İşığın azalması ilə başlayan depressiya

Lakin araşdırmalar göstərir ki, bizim əhvalımızı kədərli, iş qabiliyyətimizi aşağı, davranışımızı apatik edən öz-özlüyündə təkcə havaların pisləşməsi deyil. Bu fenomenin fizioloji izahı da var. Bir qrup alim hesab edir ki, işığın azalması ilə əhvalın pozulması "bioloji saatlar"ın pozulması nəticəsində baş verir. Depressiyadan əziyyət çəkən insanlarda minimum bədən temperaturu səhər saat 06:00-da müşahidə olunur, normalda isə bu, gecə saat 03:00-da olmalıdır. Buna görə də onlar səhərlər çətin oyanır, gecələr isə pis yatırlar. Bu insanlar 06:00-08:00 arası parlaq işıq terapiyası aldıqda nəinki onların əhvalı düzəlir, həm də bədən temperaturunun minimumu daha erkən vaxta keçir.

"Xoşbəxtlik hormonu"nun azalması və...

Başqa bir yanaşmaya görə isə pis əhvala və enerjinin azalmasına cavabdeh deholanmelatonin hormonunun artması və nəticədə də "xoşbəxtlik hormonu" serotoninin azalması payız depressiyasına səbəb olur. Məlumdur ki, heyvanlarda da yuxu və oyaqlıq dövrü melatoninin ifrazı ilə tənzimlənir. Melatonin yalnız qaranlıqda ifraz olunur və işığa qarşı çox həssasdır. Buna görə də yayda gecələr qısa olduğu üçün melatonin ifrazı azaldığı halda uzun qış gecələrində onun ifrazı artır.

Fizioloji səbəbləri

Bu fizioloji səbəblərdən başqa payız depressiyasının psixoloji səbəbi də var.

Payız ilin sonudur. Hər bir insan keçmiş ilin hadisələrinə nəzər salır. Heç də həmişə bütün insanların arzuları, istəkləri reallaşmır. Bu natamamlıq, şəxsiyyət kimi özünü reallaşdıra bilməmək insanda özünə inamsızlıq, əhvalsızlıq yaradır. Bütün bunlardan əlavə isə xroniki streslər, ətrafdakılar tərəfindən insana qarşı irəli sürülən yüksək tələblər, iş və istirahət rejiminin pozulması, natamam yuxu da depressiyaya səbəb olur.
Mənbə:axar.az

ƏN SON XƏBƏRLƏR

HAMISI
Brain Here Yazılı Şəkilləri 2019 (4)
10:00
0

Brain Here Yazılı Şəkilləri 2019 (4)

Tarixdə Bu Gün - 16 Oktyabr
09:00
16

Tarixdə Bu Gün - 16 Oktyabr

Romantik Sevgililər Yazılı Şəkilləri 2019 (52)
21:00
965

Romantik Sevgililər Yazılı Şəkilləri 2019 (52)

16.10.2019 Gündəlik Bürclər (16 Oktyabr 2019 Günlük Bürclər)
20:00
3 184

16.10.2019 Gündəlik Bürclər (16 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (291)
19:00
771

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (291)

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (45)
18:00
705

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (45)

Balıq yağlarının keyfiyyətli olduğunu necə bilmək olar? – Pediatrdan AÇIQLAMA
17:00
152

Balıq yağlarının keyfiyyətli olduğunu necə bilmək olar? – Pediatrdan AÇIQLAMA

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
256

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2019 (170)
15:00
639

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2019 (170)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ