İmmun sistemini möhkəmləndirən 6 ideal məhsul
Feat.Az həmin 6 məhsulu sizə təqdim edir:
İspanaq. A vitamini ilə zəngin olan bu məhsul dəri və virusdan qorunmada vacib rol oynayan selikli qişaların sağlamlığını dəstəkləyir. Məhsulun tərkibində, həmçinin çox miqdarda dəmir var. Dəmir çatışmazlığı immun sisteminin zəifləməsinə gətirib çıxarır.
Kök. C vitamini ilə yanaşı, kökün tərkibində çox miqdarda karotinoidlər var. Onlar antioskidant təsir göstərir, immun sistemini ideal şəkildə dəstəkləyir.
Balıq. Balığın tərkibində B qrupu vitaminləri, çox miqdarda sink, selen var. Sonuncu iki mineral orqanizmin qoruyucu gücünü möhkəmləndirən son dərəcə vacib mikroelementlərdir.
Çərəz (qoz, fındıq, badam və s.) və toxumlar. Onların tərkibində faydalı qida maddələri var: E vitamini, sink, selen, mis. Onlar immun sisteminin zəifləməsinə qarşı ideal mübarizə aparır.
Kələm. Bu tərəvəz (xüsusilə də qırmızı kələm) qış aylarında orqanizmi A, C vitaminləri və selenlə təmin edir.
Kartof. Bu tərəvəzin tərkibində çox miqdarda C vitamini, eləcə də ürək-damar sistemini möhkəmləndirən kalium var.