BİTKİ YAĞLARI HAQQINDA

19 Ağustos 2014
2 569
0
BİTKİ YAĞLARI HAQQINDA
BİTKİ YAĞLARI HAQQINDA



Bitki mənşəli yağların insan orqanizmi üçün faydalı olması məlumdur. Təsadüfi deyil ki, həkimlər gündəlik rasionda, yeməklərdə və salatlarda bitki yağlarından istifadə etməyi məsləhət görürlər. Zeytun yağı, soya yağı, palma yağı, pambıq yağı, günəbaxan yağı, qarğıdalı yağı, küncüt yağı ... bitki yağlarını sadalamaqla bitməz. Lakin günümüzdə xanımlarımızın mətbəxdə ən çox istifadə etdikləri günəbaxan, zeytun və qarğıdalı yağlarıdır. Bu dəfəki xəbərimizdə sizə günəbaxan və qarğıdalı yağlarının müxtəlif xassələri barədə xəbər verəcəyik.
Bitki yağları haqqında

Qarğıdalı yağı



Ümumi məlumat: qarğıdalı yağı insan orqanizmi üçün ən əhəmiyyətli qida məhsullarından biridir. O, qarğıdalı dənələrindən emal edilir. Xarakterik iyi və dadı var. Kimyavi tərkibinə görə günəbaxan yağına bənzəyir.
Faydaları və zərərləri: qarğıdalı yağı mineral maddələrlə, kalium, fosfor, kalsium, maqnezium duzları ilə zəngindir. Onun tərkibinə doymamış yağ turşuları omega-6 və omega-3 daxildir. E vitamini isə onun tərkibində zeytun yağına nisbətən 10 dəfə çoxdur. Qarğıdalı yağı əzələləri möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Aterosklerozun profilaftikası, xolesistit, öd yollarının durğunluğu, qaraciyər xəstəlikləri zamanı xeyirlidir. Əgər siz piylənmədən əziyyət çəkirsinizsə, xörəkləri yalnız qarğıdalı yağında bişirin. Kosmetoloqlar qarğıdalı yağını üzdəki qırışlara qarşı gözəl vasitə hesab edirlər.
İstifadə qaydası: Qarğıdalı yağı bişirilərkən kanserogenlər əmələ gətirmir, köpüklənmir və yanmır. Bu baxımdan ətin, balığın, tərəvəzlərin qızardılması və buğlaması üçün yararlıdır.
Qeyd: qarğıdalı yağı ancaq istisna hallarda, onun tərkibindəki komponentlərə fərdi həssaslıq zamanı zərərli ola bilər.
Bitki yağları haqqında


Günəbaxan yağı



Ümumi məlumat: Bu yağ günəbaxan tumundan alınır. Onu müxtəlif üsullarla əldə edirlər. Ən keyfiyyətli yağ soyuq sıxma üsulu ilə alınır. Bu zaman o, çox dadlı və ətirli olur, tərkibindəki bioloji aktiv komponentlərin demək olar ki, hamsı saxlanılır.
Faydaları və zərərləri:Günəbaxan yağı orqanizmdəki zərərli yağları əridən E vitmininin başlıca mənbəyidir. E vitamini ateroskleroz və digər ürək xəstəliklərinən müdafiə edən mükəmməl antioksidantlardandır. O, immun sistemini möhkəmləndirir, yaşlanmanı əngəlləyir və nəhayət, qaraciyər üçün çox vacibdir. Tərkibindəki E vitamini sayəsində günəbaxan yağı cinsi və digər endokrin vəzilərin funksiasına təsir edir, zülalar və karbohidratların mübadiləsində iştirak edir, yaddaşı gücləndirir. Günəbaxan yağının digər bir vacib komponenti isə doymamış yağ turşularıdır. Bu turşular F vitamini adlanır və qaraciyər hüceyrələrinin, bağırsaq və sinir tellərinin fəaliyyəti üçün çox vacibdir.
Günəbaxan yağının zərərli tərəfləri demək olar ki, yoxdur. Əgər onun saxlanma və istifadə qaydaları pozularsa, bu zaman günəbaxan yağı sizin səhhətinizə mənfi təsir göstərə bilər.
İstifadə qaydaları: Günəbaxan yağı yüksək kalorili məhsul hesab olunduğundan onun gündəlik istifadə miqdarı 20 qram səviyyəsində müəyyənləşdirilib. Qızartma yeməklər hazırlayarkən güclü isinmə nəticəsində yağın faydalı xüsusiyyətləri itir. Günəbaxan yağından ən faydalı istifadə onun salatlara əlavə olunmasıdır. Təzə tərəvəz və göyərtilər orqanizminizi suda həll olunan vitaminlər, günəbaxan yağı isə yağı həll edən vitaminlərlə təmin edəcək. Digər bir məqam isə bundan ibarətdir ki, yalnız bitki yağının iştirakı ilə tərəvəzlərdəki beta-karotin A vitamininə çevriləcək. Beləliklə günəbaxan yağı məhz salatlar üçün ideal variantdır.
Diqqət: Bitki yağlarının 3 düşməni var. İşıq, isti və oksigen. Buna görədə onları yanan piltənin yanında və pəncərə qarşısında saxlamaq olmaz. Yağın saxlandığı qabın ağzını kip bağlamaq lazımdır. Yağları alan zaman mütləq istifadə müddətinə baxılmalıdır. İstifadə müddəti keçmiş yağların dadı və ətri dəyişir. Yağda nə isə qızartdıqdan sonra onu təkrarən istifadə etməyin. Çünki baş vermiş dəyişikliklər nəticəsində yağın tərkibində orqanizm üçün zərərli maddələr əmələ gəlir
.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.