Qadınların "Haqlı insan" olma haqqı yoxdurmu?!
Qadınların "haqlı insan" olma haqqı yoxdurmu?!
Qadın susara həyat susayar. Günəş susar, gecə susar. Qadın susarsa uşaqlar solar, qəhqəhələr təbəssümə, coşğular bir qurtumluq nəfəsə çevrilər. Qadın susarsa səssizliyi kar edici ola bilər. Yəni qadın susarsa reaksiyalar müsbət ya da mənfi olsa belə sıfıra enər. Qadın susarsa kişi səhv edər. Qadın əzilər susar. Qadın döyülər susar. Qadın söyülər susar, qadın daş-qalaq olar susar. Qadın alınar satılar və yenə SUSAR!
Qadının "Yox" demə haqqı olmadığındandır kim bilər bu primitivliyin sürməsi və əsl qəbahət qadındadır, canlarını ağrıtsa da, söyləmək lazımdır yumruq kimi gerçəyi. Amma qadın həmişə susmağı seçər..
Karieyerində müvəffəqiyyət sahibi olanı, şiddətin ən ağırını yaşasa da çıxara bilməz səsini. Qadının "haqlı insan" olma haqqı yoxdur. Alınar, satılar, yenə də minillərdir dəyişməz qadının yazığı, məzlumu, nökəri. Və sanki heç yaşanmamış kimi ölən analarımız var, haqqı yerdə qalan qadınlarımız var hələ də...
Bu həqiqət dəyişməz əsrlərdir. inanmayın, respublika, demokratiya, bərabərlik nağıllarına .
Hərkəs əsrlərcə yaşayar , hər kəs görər qadının nələr çəkdiyini ,amma hamı susar! Bax belədi həqiqiət... Kişilər hamişə danışılması lazım olan anlarda susar..
Və əsrlərdir elə susmaqdadır maşallah! Hər kəs görər vəhşilikləri ,amma Qadının şahidi heç vaxt yoxdur. "Yox" kəlməsi üçün üçün güllə yeyəni var, uşağı olmadığı üçün çölə atılanı var, kücədə-bacada alçaq kimi tanınan bir kişinin belə, evə gələndə qarşısına bir qab yemək qoyacaq qadını var..ya da nökəri!
Bu kişilərin şikəst beyinlərində niyə qadınlar həmişə alçaq səviyyədədir?! . Alınar, satılar, "Yox" desə döyülər. Yarışı qaça bilməyən şikəst atlar kimi Həyatla mübarizə aparar...
Ah bu qadınlar niyə axı, həmişə susar?!
Bir qadın həmişə təklikdən şikayyət edər. Tək başına daşımaq məcburiyyətində qaldığı torbaların barmaqlarında buraxdığı keyliyə görə deyil , bir qadının gözyaşları. Fiziki yorğunluq ona bir o qədər də təsir etməz...
Halbuki, ona onun əhəmiyyətli olduğunu hiss etdirəcək biri lazımdır. Sonra çətinlikli bir Bazar səhəri məsələn, yorğun ayaqları onu çəkərkən yerin dibinə, birinin onun əlindən torbaları alıb "mən apararam" deməyini istəyər qadınlar. Arxasında həmişə bir "kişi" olmağnı, Onu qorumağını Xəyal edərlər,arzularlar...
Bəlkə də elə buna görədir, hər qadının yaxşı ya da pis kişilərin qarşısında həmişə susmaqları.?!
Əslində qadın çox danışmır, kişilər az danışdığı üçün qadınlar çox danışır kimi görünür.
Qadının susması kişinin hakimiyyəti deyil ,məğlubiyyətidir . Qadınların susmaq səbəbi kişilərin ortaq xüsusiyyəti insanlıqlarındakı əskiklikdir. Qadına susmağı öyrədən yenə bir qadındır. O qadın anadır. Elə öyrənmişdir anasından elə öyrədər balasına.
P.S Fikrimcə qadının eşidilmədiyi yerdə elə susmağı məsləhətdi.Bəs sizcə?