Gözüm Su Atır

25 Kasım 2014
1 336
0
Gözüm Su Atır
Gözüm Su Atır

Sənə təsadüfən öyrəşməmişəm
Sanki,nəfəsinlə nəfəs alıram
Getməyə səbəbim olur getmirəm,
Qalmağa bəhanə tapıb qalıram.

Nə səbəb axtardın nə sordun niyə?
Görünür həyatı dərk eyləyirsən
Bəlkə yerişinə vurğunam deyə
Məni yavaş-yavaş tərk eyləyirsən?!

Getmə...uzaq olum qoy həsrətinə
Sən-sən ol özündən ayırma məni
Elə öyrəşmişəm məhəbbətinə
Lap gözü yumulu sevərəm səni.

Sən mənə dörd dəfə ayrılaq dedin
Hər dəfə yox dedim sənə mən yazıq
İndi yox desəndə ayrılmalıyıq
Dörd səhvin bir düzü apardı artıq.

Gəl daha məhəbbət haqda danışma
Yalan ümidlərin başımı qatır
Mən ağlamıram ki...sənə uğurlar
Gedirsən...dalınca gözüm su atır

Müəllif: Pərviz Arif
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.