Kişilərin qadınlardan bezməsinin 5 səbəbi

24 Kasım 2014
2 754
0
Kişilərin qadınlardan bezməsinin 5 səbəbi
Kişilərin qadınlardan bezməsinin 5 səbəbi

Qadınlar istəmədən də olsa, bəzi hərəkətləri ilə kişiləri bezdirir.

Hər suala cavab verməyini gözləmək – sevdiyiniz kişi sizin kimi çox danışan olmaya bilər. Onsuz da kişilərin qadınlar qədər danışmadığı və bundan xoşlanmadığı bir aksiomadır. Qadınlar sual verdiyi zaman kişilərin susduğunu görüb daha çox üzərinə getməyə və təzyiq göstərməyə başlayır. “Niyə susdun?” “Niyə cavab vermisən?” “Mən haqlıyam ona görə də susursan…” və.s kimi sözlərlə kişiləri sözün əsl mənasında boğaza yığa bilərlər. Beləcə sevdiyiniz kişini özünüzdən uzaqlaşdırmış olursunuz.

Davamlı olaraq zəng etmək – çox sevdiyinizdən hisslərinizə sahib çıxmaya və ona hər dəqiqə zəng edib, mesaj yaza bilərsiniz. Lakin bu yalnış bir hərəkətdir. Çünki heç biri kişi ona hər gün 20 dəfə zəng edib yoxlanılmasından xoşlanmaz. Bu kişilər üçün olduqca narahatedici bir davranışdır.

Düşünmədən hərəkət etmək – yeməyə çıxan zaman hesabı çox zamn kişilər ödəyir. Lakin qadınların bunu kişiyə borcu və vəzifəsi olduğunu hiss etdirmək onlarda qıcıq yarada bilər. Hərdən qadın özü də hesabı ödəməyi təklif etməlidir. Həyat paylaşdıqca gözəldir…

Hər şeyə görə ağlamaq – kişilərin rahatsız olduğu davranışlardan biri də ağlayan qadın görməkdir. Çünki kişi onu necə sakitləşdirməli olduğunu bilmir və sıxılır. Kişilər ağladıqlarını hər kəsdən gizlədikləri üçün bu kimi mövzularda təcrübəsiz olurlar. Gözü sulu qadından isə kişi tez soyuyur və dürüstlükdən uzaqlaşdıra bilər. Yəni, qadının sakit olması üçün yalana əl ata bilər.

Əmrlər vermək – kişilərə istədikləri kimi rəftar etməyə icazə verin. Onları idarə etmək iddiasına düşsəniz, heç nə əldə edə bilməzsiniz. Ona əmrlər verərək, istədiyiniz kimi idarə etməyə cəhd etsəniz, sevdiyiniz kişini özünüzdən qaçırda bilərsiniz.

Qızıl qayda belədir: Kişiləri nə çox sıxmaq, nə də ki, çox sərbəst buraxmaq olmaz. Balansı qorumağı öyrənin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.