7 yaşlı qızın ağzından 202 diş çıxarıldı

25 Kasım 2014
1 032
0
7 yaşlı qızın ağzından 202 diş çıxarıldı
7 yaşlı qızın ağzından 202 diş çıxarıldı


Sifətinin aşağı hissəsində, çənəsində şişlə xəstəxanaya gətirilən qız hospitalın çənə-üz cərrahiyyəsi şöbəsinin həkimlərini heyrətləndirib.

Hindistanın paytaxtı Nyu-Dehlinin sakini, 7 yaşlı qız çox şiddətli diş ağrılarından şikayətlənirdi.
Qızının sifətinin aşağı hissəsinin, əhənglərinin şişdiyini görən ana onu "All India Institute of Medical Sciences"in hospitalına aparıb. Ana qızının ağzındakı süd dişlərindən birinin çürüdüyünü düşünürdü.

Həkimlər də ilk əvvəl qızda odontoma, yəni diş toxumalarının inkişafında fəsadlar olduğunu düşünüblər. Amma rentgen müayinəsi onları heyrətləndirib. Çünki qızın ağzında 202 "əlavə" diş vardı.

"Müayinənin nəticələri bizi şoka saldı. Adətən pasiyentlərin ağızlarında bir neçə anomal, dişvari struktur olur. Amma 7 yaşlı qızın ağzında 202 əlavə dişin olması paradoksal anomaliyadır", - hospitalın çənə-üz cərrahiyyəsi şöbəsinin rəhbəri Acoy Royçudhari deyib.

Cərrahlar qızın ağzından 202 diş çıxarıblar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.