Əlvida demədən çıxıb gedəcəm..
Bir daha qarşına çıxa bilmərəm
Son dəfə əlini sıxa bilmərəm
Sənin gözlərinə baxa bilmərəm
Əlvida demədən çıxıb gedəcəm.
Dərdi yeni sinəmdə ürəkmi qaldı
Sən getdin nəysə deməkmi qaldı
Daha əlvidaya gərəkmi qaldı
Əlvida demədən çıxıb gedəcəm.
Sevməyim, unudum, neyləyim axı?
Budur taleyimin acı sınağı
Vallah bacarmiram vidalaşmağı
Əlvida demədən çıxıb gedəcəm.
Nə deyim əlvida gəlmədi dilə
Qayıtma getdinsə sən bilə-bilə
Məndən incisən də, küsən də belə
Əlvida demədən gedəcəm.
Bəlkə qarşılaşdıq hərdən səninlə
Mənimlə üz-üzə, göz-gözə gələsən
Sən mənə əlvida deyəcəksən, mən
Əlvida demədən çıxıb gedəcəm.
Son dəfə əlini sıxa bilmərəm
Sənin gözlərinə baxa bilmərəm
Əlvida demədən çıxıb gedəcəm.
Dərdi yeni sinəmdə ürəkmi qaldı
Sən getdin nəysə deməkmi qaldı
Daha əlvidaya gərəkmi qaldı
Əlvida demədən çıxıb gedəcəm.
Sevməyim, unudum, neyləyim axı?
Budur taleyimin acı sınağı
Vallah bacarmiram vidalaşmağı
Əlvida demədən çıxıb gedəcəm.
Nə deyim əlvida gəlmədi dilə
Qayıtma getdinsə sən bilə-bilə
Məndən incisən də, küsən də belə
Əlvida demədən gedəcəm.
Bəlkə qarşılaşdıq hərdən səninlə
Mənimlə üz-üzə, göz-gözə gələsən
Sən mənə əlvida deyəcəksən, mən
Əlvida demədən çıxıb gedəcəm.