Kompyuter sizə nələr edə bilər?

06 Aralık 2014
1 257
0
Kompyuter sizə nələr edə bilər?
Kompyuter sizə nələr edə bilər?


Iternetlə məşğul olaraq keçirdiyiniz vaxtı inkar edib, özünüzü aldadırsınız? Hər hansı bir məlumatı axtararkən, saatlarla başqa elektron səhifələrində və social şəbəkələrdə ilişib qalırsınız?

Deməli, həyəcan siqnalını vermək vaxtıdır!
Bir cəmiyyət kimi həmişə yol verdiyimiz ümumi bir səhv var: bir məsələyə əvvəlcədən yox, hər şey baş verdikdən sonra müdaxilə etmək... Yəni diş ağzımızda tamamilə çürüyüb bizi ağrıdan çıxılmaz vəziyyətə salmalıdır ki, həkimə müraciət edək.

Kompyuterin qarşısında oturub az qala fiziki ehtiyaclarını da ödəmək üçün vaxt və ya imkan tapmayan nə qədər insan var. Hətta bir çoxları kompyuterə görə yuxusuna haram qatmaqdan belə çəkinmirlər. Belələrinin işdən və ya məktəbdən evə qayıtdıqdan sonra ilk işi internetə girmək və kompyuterin qarşısında saatlarla oturmaq olur.

Çox vaxt vəziyyət o həddə çatır ki, insan gecə heç yatmadan btünün vaxtını sosial şəbəkələrdə keçirir və səhəri gün işə yollanır. Daha sonra həmin şəxsin nələr yaşadığını özünüz təsəvvür edə bilərsiniz. Belələri ailə üzvləri ilə vaxt keçirə bilmədikləri, onlarla maraqlanmadıqları üçün ailədə tez-tez problemlər ortaya çıxır. Hətta baş verənlər boşanmaya qədər aparır və ailələrin dağılmasına səbəb olur.

Bu cür vərdişi olan insanlar zaman keçdikcə sosial mühitlərindən uzaqlaşaraq öz içlərinə qapanmağa başlayır. Dostlarını yada salmadıqları, onlarla əlaqə saxlamadıqları üçün ətraflarındakı insanların sayı bir-bir azalır. Belə şəxslər yaratdıqları tənhalıq dünyasında tək qalırlar və özlərini depressiyanın pəncəsinə atırlar. Təbii ki, baş verənlər bunlarla tamamlanmır. Bu insanlar psixoloji problemlərlə yanaşı, bel və göz ağrıları kimi fiziki problemlərlə də qarşılaşırlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.