Həyatım bir kompyuter olsaydı…

23 Ocak 2015
1 503
0
Həyatım bir kompyuter olsaydı…


Həyatım bir kompyuter olsaydı, onu formatlayardım zaman-zaman…
Həyatım bir kompyuter olsaydı, silərdim yaddaşındakı lazımsız şeyləri
Həyatım bir kompyuter olsaydı, D diskinə də salmazdım heç nəyi…
Həyatım bir kompyuter olsaydı, onda tez-tez dəyişikliklər edərdim…
Həyatım bir kompyuter olsaydı, fonunun dəyişər,hər gün bir yeni fon qoyardım monitora
Həyatım kompyuter olsaydı, cəmi 4 qovluq yaradardım: ”Yaşadıqlarım”, ”Yaşamağa məcbur olduqlarım”, ”Yaşayacaqlarım” və “Yaşamım”…
Həyatım bir kompyuter olsaydı, arxivə saldığım materialları tez-tez açıb oxumazdım
Həyatım bir kompyuter olsaydı, onun qarşısında saatlarla oturmazdım… Tez bezərdim,usanardım..
Həyatım bir kompyuter olsaydı, çətin gələrdi mənə ondakı materialları oxumaq… Səthi baxıb keçərdim… Həmin anları xatırlamayım deyə…
Həyatım bir kompyuter olsaydı, ondakı bəzi materialları şifrələyərdim… başqaları oxuyub düşündüklərimə tənə etməsin deyə…
Həyatım bir kompyuter olsaydı, bütün yazıları yaddaşa almazdım müəyyən zaman keçdikdən sonra onlara düzəliş etmək lazım gəlməsin deyə…
Həyatım bir kompyuter olsaydı, hər səhv etdiyimdə Ctrl+Z düyməsini sıxıb evvəl etdiyim səhvləri bir daha təkrarlamazdım
Həyatım bir kompyuter olsaydı, hər istəmədiyim səhifəni məcburən açmazdım, təsadüfən əlim dəyib açılsa belə, Alt+F4 düymələrini sıxıb tez bağlayardım…
Həyatım bir kompyuter olsaydı, gözəl günlərin xatirələri olan səhifələri saatlarla oxumaqdan yorulmazdım…
Həyatım bir kompyuter olsaydı, ən çox material olan hansı qovluq olardı bilmirəm, amma ən maraqlısı və intizarla oxumağa can atdığım yəqin ki “Yaşayacaqlarım”qovluğu olardı… Həmin qovluğa gözəl materilları daxil edərdim…
Həyatım bir kompyuter olsaydı, onu formatlayardımmı zaman-zaman? Bəs onu formatladıqdan sonra belə yaddaşında nələrinsə qalmasını istəyərdimmi görəsən??? Bilmirəm… Bir onu istəyərdim ki, kaş həyatım bir kompyuter olaydı…
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.