Bakıya məktub yazıram.
Bakıya məktub yazıram, qoy sovursun öz küləklərində məktubumu… Götürsün İçərişəhərindən, aparsın tək qaldığı bir yerə açsın, oxusun. Aparsın rüzgarına qatıb yox eləsin məktubumu, sonra öz yoxluğunda həzm eləsin. Dərininə köklənmiş metrosundan yazıram bu məktubu. Ey Bakı, Külək kimi xaotik sevgilərin, sevgililərinin və sevgilərimin şəhəri… Ey ilk dəfə özümlə tək qaldığım, ilk dəfə sevdiyim, ilk dəfə dalaşdığım, ilk dəfə məğlubiyyəti daddığım Bakı, nədir cinsin sənin? Bu yaşadıqlarına Kişi kimi siqaretinin dumanı arxasından baxırsan ya qadın kimi gözyaşlarını axıdıb boğursan sevdiklərini, sevmədikləri…
Varmı səni mənim qədər sevən? Varmı elə bir kəs ki, ona da ruh dostu oldun, varmı mənim kimi balaca bir oğlan? gəlsin, dənizində oturub acılarını danışsın sənə… Sən də onun acılarından alıb öz içindəki acılara qatasan, onu yüngülləşdirib, özünü daha da ağırlaşdırasan. Varmı elə birisi ki, sonsuz sevincindən alsın, özünə sevinc qatsın. Var, bilirəm… Bağışla bu balaca oğlanı, uşaq kimidi, uşaq vaxtı da ağaclarının budaqlarını qırırdı, indi də eyni uşaqlıqla hər çətinliyə düşəndə lənət oxudu sənə, nolar, bağışla, sən böyüksən…
Bağışla Bakı, hələ də bilmirəm nədi rəngin sənin? Bəlkə bənövşəyi, bəlkə sarı… Bəlkə öz bozunda hələ bildəyimiz rəngləri gizlədirsən, vaxtı gələndə verəcəksən, pis günümüzə pul saxlayan valideynlər kimi… Ey Bakım, varmı otlarının üzərinə çıxanda mənim qədər vicdan əzabı çəkən? Varmı güllərini dərib kədər saçlıma apara bilməyəndə mənim qədər təəssüf hissi keçirən?.. Sevirəm baharını, səhranda bitən güllərini, mavi dənizini, sarı payızını…
Yarpaqlarını yığıb yandıranda, səni Allahın bəxşişi xəzanından kimlərsə məhrum edəndə sənin qədər acı çəkirəm Payıza görə yox, xəzanla şəkil çəkdirmədiyimə görə yox, acı çəkdiyini hiss elədiyim üçün üzülürəm. Ey hisslər şəhəri, ey rənglər şəhəri, varmı saçlarını küləklərinə mənim qədər təslim edən? Quşların başqa kiminsə də qulaqcığındakı musiqiylə birgə rəqs edərmi? Edər, bilirəm…
Varmı ağaclarının qabığına mənim qədər heyrətlə baxan? Varmı mənim kimi uşaqlıq vədinə sadiq qalıb, boyu uzananda daha hündürdəki otları, çiçəkləri sığallayan? Var bilirəm… Varmı hələ də, mənim kimi, ildırımından qorxanların? Var bilirəm…
Var yatmayanlardan və vec verməyənlərdən başqaları. Var qarışqalarını hər yaz görəndə sevinənlər, çaşıb tapdalayanda özünü lənətləyənlər… Var, mənim kimi, Maz buldozeri olmayan küçələrinə qurban olum deyənlərin. Qanadlar şəhərim, çox qırdın qanadlarımı, özünə qanad qatdın, qanadlı şəhərim oldun. Bilirəm çox var, dayanacağında həyat mübarizəsi aparanların, günəşin altında dayanıb, ətrafa baxıb, insanların kölgədə gizləndiklərini görüb, kölgədə gözləməyi öyrənənlərin…
Bağrına qazılan metro səni ağrıtdığı kimi məni də çox acıtdı. O gün, mən öz axırıncı qəpiyimi kartomatına atanda, geri qaytardı. Sanki güldü o aparat məni, çox alçaltdı məni. Qoynunda yaşamaq uğrunda mübarizəni öyrənəndə, soyuq dayanacağında qırmızı papaqlı balaca fidanlarına heyran olanlar…
Bakı, bütün maşınlarını silmək istəyirəm, bütün xəstəxanalarını bağlamaq, bütün xəstəliklərini içimə çəkib, onlarla birgə ölmək istəyirəm. Bütün ağaclarına su vermək, bütün küçələrinə yağmur yağdırmaq istəyirəm. Bütün insanlarını sevmək istəyirəm Bakı. Növbədə gözləyənləri də, gözlədənləri də…
Bakı, var bilirəm, mənim kimilərin var, sadəcə metrolarında o qədər görmədim ki, özümü tək sandım, özümü böyük bir şey saydım, bağışla, qəbul edirəm, məndən daha güclü sevgiylə sevənlərin. Gizlətmisən dərin küçələrində, yorğanına bürüyüb qoruyursan onları, mənim kimi səfeh uşaqlarından. Bilirəm nəqədər uşaqlıq eləyib ziyanlar versəm də, məni də sevdiyini bilirəm, bəlkə də məndən və mənim kimilərdən gizlədirsən elə onları. Elə mənim ən sevdiklərimi də yanımda gizlətmişdin, tapdım, sevdim, yenə tapıb yenə sevəcəm. Hamısını tapıb sevəcəm, ziyan vermədən, axı çox yaxşı insanların da var. Ən çox isə ən yaxşısını sevəcəm. Tanrı yaradıb onu, bu belə bəsdi onun necə gözəl və yaxşı olduğunu anlatmağa… Bir də Bakı, bir sual narahat edir məni, sən qocamansan, sən bilərsən, axırda şeytan nə bəhanə gətirəcək bizə bütün bu yaşatdıqlarına görə?...