Nə yalan deim.Biz ki,sevə bilmədik.

24 Aralık 2014
2 317
0
Nə yalan deim.Biz ki,sevə bilmədik.
Nə yalan deim.Biz ki,sevə bilmədik.


Biz ayrı dünyanın insanlarıydıq,
Bəlkə də bu üzdən heç qovuşmadıq
Uzaqdan bir-birnə baxıb qalırdıq,
Qürurmuz qoymurdu yaxınlaşaq heç...


İllər çox ötsə də, yenə uzaqdıq
,
Nə mən danışırdım, nə sən dinirdin
Biz elə bir-birnə baxıb qalırdıq
Susdun sən, beləcə məni itirdin...

İçimdə bu sevgi nifrətə döndü,
Sevginin alovu içimdə söndü
Düşmənlər sevincdən bizə gülürdü
Səninsə gözündən yaşlar axırdı...

Bilirəm, məndə də günah varıydı,
Mənim də qürurum qoymurdu məni
Mənim də qəlbimdə eşq yarasıydı
Dərmanı yox idi mənim dərdimin...

Sən özün-özünü sevdirdin mənə,
Və özün qaçırdın hər məndən
Uzaqdan nə deyə bilərdim sənə?
Axı sən qaçırdın hər dəfə məndən?!...

Sən qaçdın, beləcə mən də yoruldum,
Dedim ki, dincəlim, bir az oturdum.
Qalxanda ayağa daha yoxdun sən,
İtmişdin sən daha mənim gözümdən...

Nə qədər danışsam faydası yoxdu,

Səndə də varıydı günah mənimtək
Gördü qovuşmuruq, sevgi yoruldu,
Qaçdı o uzağa əsən küləktək...

Necə ki, küləyi tutmaq olmur heç,
Biz də sevgimizi tuta bilmədik...
Bİz peşman olsaq da , gec idi, çox gec...
Bu üzdən geriyə dönə bilmədik...
Nə yalan deyim ki, Sevə bilmədik...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.