Mən 1 sözəm...

23 Aralık 2014
1 761
0
Mən 1 sözəm...
Mən 1 sözəm...


Mən bir sözəm!!!....
Min cümlə içində seçilərəm,
Hərflərlə böyüyərəm, kiçilərəm...
MƏN BİR SÖZƏM!!!

Dildən dilə ata-tutar həyat məni.
Deyər:"BELƏ YAŞAT MƏNİ,
ÜRƏYİNDƏ YATIRT MƏNİ,
DODAĞINDA OYAT MƏNİ!"..

MƏN BİR SÖZƏM!!!
Vicdanımın haqq səsiyəm,
Sükutun dar qəfəsiyəm...
MƏN BİR SÖZƏM!!!

Bu dünyada ünvanlanmış bir sualam.
Kəskin-kəskin cavablarla
Silahlanmış bir sualam.
Gərçəklikdən küsüb qaçan bir xəyalam...
Xəyalımda yaşanacaq bir sualam.

men bir sozem

MƏN BİR SÖZƏM!!!
Bəyənməyib pozan da var,
Hərdən doğru, hərdən yalnış yazan da var...
MƏN BİR SÖZƏM!!!

Vergüllərin arxasında sürünərəm...,
Nöqtəmi tapa bilmərəm
Yəhərlərəm fikirləri
Rahatca çapa bilmərəm...
MƏN BİR SÖZƏM!!!

Aldadaram hər avamı
Burda üç nöqtə qoyuram
GÖZLƏYİN GƏLƏR DAVAMI...


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.