İnsanları 1 dəqiqəyə Tanımaq olar
[Almaniya bazarlarında satış rekordları vuran, məşhur psixoloqların araşdırmalarının nəticəsi olan "Bir dəqiqədə insanı necə tanımalı" kitabından bəzi çıxarışlar:
Üz quruluşları
Əgər insanın üz ölçüləri arasında mütənasiblik varsa, məsələn, alnı ilə çənəsinin uzunluğu bərabərdirsə, bu, onun intelektual qabiliyyətinin inkişaf etməsindən xəbər verir. Bir qayda olaraq, belə insanlar güclü hissiyatlı, dözümlü və anlayışlıdırlar. Üçbucaq sifət insanın hiyləgərliyindən xəbər verir. Əgər bu insanın qabağa çıxmış və enli alnı varsa, deməli bu insan həmdə fitri istedada malikdir. Təəssüf ki, bu cür insanlar həmdə satqınlığa meyillidirlər.
Sifəti trapesiya quruluşa malik insanlar isə intelektual hissiyatlı və artistlik xüsusiyyətlərinə malik olmaları ilə seçilirlər. Bu cür simalı qadınlar bir qayda olaraq optimistlər adlandırmaq olar. Onlar xoşbəxtcəsinə yaşayır və ətrafları üçündə xoş atmosfer yaratmağa çalışırlar.
Kvadrat sifətli insanlarda mərdlik, dözüm, bir çox hallarda isə qəddarlıq həddinə çatan soyuqluq var. Onları kobud kateqoriyasına aid etmək olar. ünsiyyətdə onlar səmimi və sözü üzə deyəndirlər. Həmin insanlar sıravi icraçıdırlar. Baxmayaraq ki, həyati boyu lidreliyə can atırlar.
Yumru sifət insanlar isə açıqqəlbli, sülhsevər, həlim xasiyyətli olurlar. Həmçinin
dalaşqanlıqları ilə çox seçilirlər. Onlar komfortlu gözəl kampaniyanı sevir, şan şöhrətə meyl etməməyə çalışırlar...
Qaşlar
Qaşlar insanın emosiyalarını ifadə edir. Onun qurulurşu, rəngi, sıxlığı həmdə ağıl və emosiyaların balanslaşdırılmasından xəbər verir. Ona görədə ideal qaşlar uzun və enli olanlar sayılır. əgər qaşların axırı yuxarı qalxıbsa, həmin adamın səxavətliliyindən və mərdliyindən xəbər verir. Belə adamlar doğuşdan müvəffəqiyyətli sayılırlar.
Yox, əgər qaşların sonu aşağı meyllənibsə, bu, həmin adamın utancaq olduğundan xəbər verir. Əgər qarşınızdakı şəxs qısa və seyrək qaşlara malikdirsə, onunla ehtiyyatlı davranın. Çünki onun hər an emosional "partlayışlar törədəcəyi" istisna deyil.
Gözlər
Əgər gözlər gözəl və cəlb edicidirsə, bu, insanın sağlamlığından, müstəqilliyindən, ağlından və temperamentindən xəbər verir. İri gözlər insanın sentimental olmasını, tez küsəyən olmasını göstərir. Balaca gözlü insanlar bir qayda olaraq paxıl və özünə qapanan olurlar. Onların həyatda sevmədiyi bir şey varsa, o da ünsiyyətdir.
Burun
Uzun burun-individuallığın, balaca burun isə optimizmin və ürəyiaçıqlılığın əlamətidir. Burnunun ucu nazik olan insanları hiyləgər və kinlilər kateqoriyasına aid etmək olar. Amma burnunun ucu böyük və ətli olan insanlar bir qayda olaraq, səmimi və ürəyiaçıqdırlar. Burnunun ucu yuxarı qalxmış insanlar (xalq arasında "kurnos" adlandırırlar) özündən razı, eqoist adlandırmaq olar.
Ağız
Əgər insanın ağzı böyükdürsə, bu, onun mərd olduğunu göstərir. Yox, əgər şair demişkən "dar badam sığışmayan dar ağızlı"dırsa, onu zəif xarakterli adlandırmaq olar.
Dodaqlar
Əgər üst dodaq alt dodaqdan daha böyükdürsə və ümumi görüntüdə onu "kölgə"də qoyursa, deməli, həmin adam qətiyyətsizdir.Yox, əgər mənzərə əksinədirsə, həmin şəxs eqoist, məqsədinə çatmaq üçün qarşıdakı bütün maneləri qəddarcasına dəf etməyə hazır biridir.
Nazik dodaqlar insanın hiyləgərliyindən və paxıllığından xəbər verir. Ətli dodaq isə kobudluğun göstəricisidir.
Qırışlar
Burun boşluğundan ağızboşluğuna qədər qırışlar yaranıbsa, bu, insanın hiyləgər olduğundan xəbər verir. Gözün ətrafında qırışların çoxluğu, deməli, həmin insan olduqca çətin həyat tərzi keçirir. Qırışlar dodaqların ətrafında çoxdursa, bu, həmin adamın gəncliyində əldə etdiyi bütün uğurların qocalığda itirməsindən xəbər verir.
Qulaqlar
Formasız, solğun rəngdə olan qulaqlar həmin şəxsin orqanizmində ciddi fəsadların olduğunu göstərir. Həddən artıq böyük qulaqlar balanslaşdırılmamış şəxsiyyət haqqında məlumat verir. Başın quruluşuna uyğun olmayan kiçik qulaqlar isə həmin şəxsin həyatda müvəffəqiyyət qazanmadığı, hələ də özünü tapa bilmədiyi deməkdir.
Gülüşlər
Gülərkən əlini ağzına tutan insan utancaq və qətiyyətsizdir. Belələri yaxındalrı ilə çox çətin ünsiyyət qururlar. Güləndə başını yuxarı aşağı tərpədən isə diqqət mərkəzində olmağı sevənlərdir. həm gülüb həmdə burnunu qırışdıran insanlar isə kaprizləri və emosionallıqları ilə insanı yorur. Gülüşünü saxlamağı bacaran və hündürdən gülməməyə çalışan insanlar sədaqətli, sakit, təmkinli insanlardır. Heç bir kompleks və hiss keçirmədən hündürdən, ağzını açaraq gülən kişiləri isə yüngül xasiyyətli adlandırmaq olar. Amma onların intelektual planda uğur qazandıqlarını demək olar. Əgər insan güləndə çiyinləri atılıb düşürsə, onunla ehtiyyatlı olun. Hiyləgər və təhlükəlidirlər.