Sən gözəllər gözəli...

26 Aralık 2014
6 588
0
Sən gözəllər gözəli...
Sən gözəllər gözəli...


Sən gözəllər gözəli, mən gözələ göz eləyən,
Sən gözəllikdəki məna, mən onu söz eləyən.

Sən səma, göydə buludlarla belə rəqs eləyən,
Mən dəniz, mavi gözəlliyni sənin əks eləyən.

Sən həyatsan, ölümü hər kəsə dəhşətli edən,
Mən ölüm, sən həyatı hamıya qiymətli edən.

Sən uca zirvə, yuxardan hamıya min naz edən,
Mən isə bir uçurum, zirvəni əlçatmaz edən.

Sən ağappaq və gözəl lövhə kimi bir aləm…
Mən qara nöqtə kimi lövhəyə ancaq ləkəyəm.

Sən çiçək, ətrafa ən xoş qoxular bəxş eləyən,
Mən su, mən olmasam, əlbəttə, aça bilməzsən.

Sən fikir, yaxşı və pis – hər şeyi sənsən törədən,
Mən beyin, adicə orqan fikir istehsal edən.

Sən kəlamsan, bu qəliz dünyada idrak ocağı,
Mən hərf, sən də hərflərdən ibarətsən axı.

Sən mənim sevdiyim, istedadımı kəşf eləyən,
Mənsə Nəzmi, səni öz ruhu kimi vəsf eləyən.


Müəllif: Cahandar Nəzmi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.