3D Ürək Bulandırır

27 Aralık 2014
1 143
0
3D Ürək Bulandırır
3D Ürək Bulandırır



Belə filmlərə baxdıqdan və ya oyunlar oynadıqdan sonra ürəkbulanma, başgicəllənmə, başağrısı əlamətləri müşahidə olunur. Kino tamaşaçılarının bir hissəsi üçölçülü təsvirli filmlərə baxa bilmir, çünki belə filmlərə baxdıqdan sonra vəziyyətləri pisləşir, onlarda ürəkbulanma, başgicəllənmə, başağrısı əlamətləri müşahidə olunur. Bu isə lokomosiya xəstəliyinin (orqanizmin bir yerdən digərinə hərəkəti) klassik əlamətləridir. Məsələ bundadır ki, ekranda yaradılan üçölçülü məkan illüziyası beyinin və görmə orqanlarının fəaliyyətinə pis təsir göstərir.

Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetinin oftalmoloqu, professor Ceyms Saltsın sözlərinə görə, sağ və sol gözlər arasındakı əlaqənin zəifliyi səbəbindən insanların bəziləri üçölçülü təsvirləri qavraya bilmir. Belə filmləri layiqincə qiymətləndirmək üçün gözlər arasındakı əlaqə ideal, hər iki gözdəki təsvir eyni dərəcədə əla olmalıdır.

Təsviri bütün istiqamətlərdə yaxşı izləmək yalnız bu halda mümkündür. Gözlərin filmə əlaqəli baxması üçün beyin əlavə impulslar göndərir. Film uzun çəkdikdə beyin və gözlər yorulur. Odur ki, üç saat davam edən seans zamanı tamaşaçıların nasazlıq hiss etmələrində təəccüblü heç nə yoxdur.



3D Ürək Bulandırır
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.