Göz yaşlarım gilə-gilə...:(

06 Ocak 2015
9 691
0
Göz yaşlarım gilə-gilə...:(
Göz yaşlarım gilə-gilə...:(


Sadəcə vəziyyətdən çıxış yolu tapmaq üçün axıdılan göz yaşı...Elə zamanlar olur ki,insan
hönkürtü ilə ağlamaq istər amma içində gizlər o göz yaşlarını...Bəzən isə səbəbsiz yerə artıq dərəcədə üstünə getməsinlər,sorğulamasınlar deyə yalançı göz yaşları axıdar...Heç bir silah qadınların göz yaşı qədər təsirli deyildir,deyirlər.Amma buna görə də qadınların hər dəqiqə çıxış yolu tapmayan kimi axıtdıqları göz yaşı da mənasızdır,fikrimcə...Belə bir söz var”Erkekler ağlamaz”.Heç razı deyiləm bu sözlərlə,kişilərin ağlamasında qəbahət yoxdur,əsla.Amma insanların bütün cəmiyyət içərisində ağlaması ilə razı deyiləm.İstər qadın,istər kişi fərq etməz,heç bir cinsin nümayəndəsinə yaraşdırmıram.Ağlamaq dedikdə o demək deyil ki,sən ətrafındakıların diqqətini özünə cəlb etməlisən.Bəzən rahatlamaq,ürəyində saxladıqlarını büruzə vermək üçün səssiz,sakit bir otaqda yalnız başına ağlamaq istəyirsən.Fikrimcə elə bir insan olmaz ki,desin mən heç vaxt sakit bir otağa çəkilib gizlincə ağlamamışam,yəqin yalan olar.Lakin nümayiş məqsədi daşıyan yalançı göz yaşlarına nifrət edirəm.Düşünürəm ki,tüm cəmiyyət içində ağlamaq acizliyin,gücsüzlüyün,mübarizə apara bilməməyin göstəricisidir.Bəzən isə hər kəsin arzuladığı sevinc göz yaşları nəsibimiz olur.Amma düzünü desəm heç bir zaman saxlaya bilməmişəm sevinc göz yaşlarımı...Lakin kədərdən olan göz yaşlarımı isə hər zaman içimdə saxlamışam,qəhər məni nə qədər boğsa belə...Bəzən isə o sevinc göz yaşlarımızı da büruzə vermirik,egomuz,qürurumuz zədələnməsin deyə...Nəisə...Heç kəsə göz yaşı yaraşmır...Həyatda hər kəsə bolluca sevinc göz yaşı arzulayıram ki,gözlərinizdəki o yaş kədərlə deyil,sevinclə ifadə olunsun.

http://img1.dreamies.de/img/260/b/bd5oxbma3v3.gif



Belə bir sualım olacaq,sizin fikrinizcə vəziyyətdən çıxış yolu tapmaq üçün axıdılan yalançı göz yaşları nə dərəcədə doğrudur?


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.