❖ Qış gəldi ❖

10 Ocak 2015
6 316
0
❖ Qış gəldi ❖
❖ Qış gəldi ❖

https://www.nkfu.com/wp-content/uploads/2011/12/Let-it-snow-2.gif

Artıq qış gəldi. Hamı artıq öz geyimlərini dəyişib, qışa uyğun geyimlərini hazırlayırlar.Qar öz gəlişi ilə həm böyükləri həm de qarın dostu olan uşaqları sevindirdi.Onu da deyim ki, qışın öz ləzzəti var mənim üçün çünki, mənim üçün doğma olan insanların həmçinin mənim özümün ad günüm bu fəsilə təsadüf edir. Bu fəsildə ən çox xoşladığım şeylərdən biri boş vaxtlarımda cıxıb gəzməkdir. Belə ki, axşam oldu əynimi geyinib qulağıma qulaqcığı taxıram və gedirəm. Qulaqcıqda zəif tonda həzin bir musiqi səslənir və üzümə düşən qar dənələri mənə keçmişdə yaşadığım xoş anları yada salmaqla bərabər həmdə həyatdan zövq almağı öyrədir. Bu qar dənələri mənə bütün dərdlərdən uzaqlaşmağa kömək edir. Sanki məni narahat edən bütün səbəblər beynimdən silinir və mən bu andan zövq alıram. Hər dəfə addım atdıqca ayağımın altında əzilən qar topalarının xışıltılı səsi ilə musiqinin səsi bir birinə qarışıb elə bil ki, bircə sintez yaradır və mən həyatdan zövq alıram və ayaqlarım dayanmadan irəliləyir sanki durmaq istəmir amma hər şeyin başlanğıcı olduğu kimi gəzintimdə sona yetir və mən bir az yorğun şəkildə evə qayıdıram yatağıma girib daha sonrakı gün üçün planımı düşünərək yuxuya dalıram……………………………………

http://img-fotki.yandex.ru/get/4714/104166334.a4/0_6e5b0_c6807c89_L


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.