Vəə..Sənsizlikdən bir səs gəldi..

01 Mart 2015
2 178
0
Vəə..Sənsizlikdən bir səs gəldi..
Vəə..Sənsizlikdən bir səs gəldi..


Sanki bir həzin musiqi səslənir.. Sadəcə mən dinləyirəm..
Sözləri mənim olan..
Bəstəsi sənə aiddi bu yalnızlığın...


Belə deyildik biz.. Sən və mən.. Bölünməzdik.. Bax indi.. Bölündük..
Gedən gedibdir.. Nəqarətlər mənim şərəfimə oxunur artıq..

Vəə..Sənsizlikdən bir səs gəldi..

Anlayan yoxdu məni.. O, gələr `unut` söylər.. Bu, keçər `boş ver` deyər.. Ellər nə bilsin, sənsizliyə məhkum olduğumu...

Hər cür sınanar insan.. Kimi könül işində.. Kimi sonsuz həsrətlə..
Olmadı belə.. Yaramadı mənə bu sınaq..

Vəə..Sənsizlikdən bir səs gəldi..

Şairlər `sən yoxkən nəsə əkshikdi` deyə söyləyir.. Yalan deyir sevgilim... Sən yoxkən hər şey əkshikdi.. Heçnə çatmır.. Heçnə bəs etmir.. Nəfəs belə dadsız gəlir..

Zaman keçmir inan.. Aynada öz əksini tapmır sənsiz sevdam..
Sən artıq yoxsan deyə.. Düşmənəm hər günə.. Sırf, sən yoxsan deyə..
Niyə getdin? Niyə yoxsan axı?.. Niyə.. Niyə?
Cavab tapa bilmirəm...

Vəə..Sənsizlikdən bir səs gəldi..

Vəə..Sənsizlikdən bir səs gəldi..

Yoox yoox ağlama sən... Mən dözə bilmirəm gözyaşlarına..Əlimdə olsa qaçaraq sənə gələrəm.. Sarılaram bərk bərk .. Bir daha buraxmamaq şərtilə...
Amma nə edim..Əlimdə deyil...

Vəə..Sənsizlikdən bir səs gəldi..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.