Din təəssübkeşliyi.

11 Ocak 2015
4 225
0
Din təəssübkeşliyi.


Abdullah ibn Salam əvvəllər birlikdə olduğu yəhudi alimlərinin təzyiqlərindən xilas ola bilməmişdi və hər dəfə onun beynini qarışdırmaq üçün ağlagəlməz oyunlar qururdular. Bir gün onu yenə sıxışdıraraq belə dedilər:
- Peyğəmbərliyin ərəblərin arasında olması mümkün deyil. Sənin sahibin ancaq hökmdar ola bilər.
Əslində onlar bu sözləri ilə Allah Rəsulunun gözlənən Peyğəmbər olduğunu qəbul edirdilər, amma içində olduqları qatı qəbilə təəssübkeşliyini sındırıb Peyğəmbərin onlardan kənar bir yerdən zühur etməsini heç cür həzm edə bilmirdilər. Uzun-uzadı söhbət bir nəticə verməmiş və ara qızışmışdı. Dərhal özlərini Hz. Mühəmmədin hüzuruna çatdırırlar. Ondan bir söz soruşduqdan sonra cavabını almışdılar və deyəcəkləri heç nə qalmamışdı. Ancaq qayıdıb getmək də fikirləri yox idi. “Mən olmadığım yerdə başqası da yaşamasın!” məntiqi ilə hərəkət edirdilər və tükürpədici bir sual da verirlər:
- Ey Muhəmməd! Bax, bu Allah bütün məxluqatı yaratdı, bəs Allahı kim yaratdı?
Allah Rəsulu çox mütəəssir olmuş, üzünün rəngi dəyişmişdi, yerində dayana bilmirdi. Onlar Aləmlərin Rəbbini nə hesab edirdilər ki..? Ona təskinlik vermək üçün Cəbrail özünü çatdırır və:
- Təmkinlə, ey Muhəmməd, - deyərək yol və üslub tövsiyə edirdi. Soruşduqlarının cavabını “İxlas” surəsi verirdi və onu oxuyur:
- De: “O Allahdır və Birdir. Çox keçməz ki, insanlar öz aralarında mühakimə aparmağa başlayar və işi o həddə çatdırarlar ki, bəziləri “Allah varlığı yaratdı, bəs Allahı kim yaratdı?” deməyə başlayar.

Belə suallarla qarşılaşanlar üçün də Allah Rəsulu “İxlas” surəsini oxumağı və həmin gün Cəbrailin ona dediyi kimi təmkinli olmağı ümmətinə tövsiyə edəcəkdi. Bəni Qaynuqalılar hədlərini aşıb bu çirkin hərəkətlərinə davam edirdilər:
- Ey Muhəmməd! Bizə de görək, O, necə yaradılmışdır? Qolları, ayaqları necədir?
Məclis buz kimi olmuşdu. Görünür, bu adamlar deyilənlərə qulaqlarını tıxamışdılar və heç nə eşitmək istəmirdilər. Gör nədən bəhs edirdilər? Allahı, haşa, qonşuluqdakı bir adam kimi görürdülər, yoxsa Allah Rəsulunu qəzəbləndirmək niyyəti ilə səs-küy salırdılar..? Hz. Muhəmməd (s.ə.s) artıq yerində dayana bilmirdi. Hirsindən damarları şişmişdi, üzündən qəzəb oxunurdu. Onun ürəyi Allaha həqarət edilməsinə dözə bilməzdi. Cəbrail yenə yanında idi. Eyni tövsiyələrini təkrar edir, ardınca da bu ayələri gətirir:
- (Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər (uca tutmadılar). Halbuki, qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir. Bütün kainat Allahın qüdrətinə tabedir. (Allah müşriklərin Ona) aid etdikləri sifətlərdən tamamilə uzaq və ucadır! (“Zumər” surəsi, 67-ci ayə).
Hər yeniliyə etiraz edib qarşı çıxmaq ilk olmadığı kimi, son da deyildi. Abdullah ibn Salam bir heyətlə yenə də Rəsulullahın (s.ə.s) hüzuruna gəlmişdi. İman gətirdiyi Peyğəmbərinə sual verəcək və aldığı cavabla həmsöhbətlərini razı salmağa çalışacaqdı. Boynunu bükür və:
- Mən Səndən üç sual soruşacağam ki, onları ancaq bir Peyğəmbər bilər, - deyir. Bu, öyrənmək üçün soruşulan suallar idi və Allah Rəsulu (s.ə.s) da cavab verməyə hazır idi:
- Qiyamətin ilk əlaməti nədir? Cənnət əhli ilk dəfə nə yeyəcək? Uşaq hansı vəziyyətdə valideynlərinə oxşayar?
Bu əsnada Cəbrail də gəlmişdi, Abdullahın soruşacağı sualların cavabını pıçıldayırdı. Allah Rəsulu (s.ə.s):
- Cəbrail bir az əvvəl mənə bunları xəbər verdi, - deyə sözə başlayır. Qiyamətin ilk əlaməti elə bir atəşdir ki, şərqdən qərbə kimi bütün insanları yandırıb qovurar. Cənnət əhlinin ilk qidası balıq ciyərinin artığıdır. Kişinin suyu qadınınkına qalib gələrsə, uşaq oğlan, qadının suyu qalib gələrsə, qız olar.
Gözlədikləri cavabı almışdılar... Əksini fikirləşmək mümkün deyildi. Abdullah ibn Salam bundan sonra yenə kəlmeyi-şəhadət gətirərək yanındakılar üçün də yol açmaq istəyir:

- Mən şəhadət gətirirəm ki, Allahdan başqa tanrı yoxdur və sən də Onun Rəsulusan.
Amma Hz. Muhəmmədin qarşısındakı bu adamlarda belə bir ruh incəliyinə rast gəlməyə imkan və ehtimal da yox idi. Yenə hər kəs gəldiyi yerə qayıdıb gedirdi. Lakin, hamı bu yəhudilər kimi inadkar deyildi. Abdullah ibn Salam tək həqiqət axtarışında olan və tapdığı almazın qiymətini bilən fəzilətli insanlar da var idi. Bu adamlar da (Saləbə ibn Sayə, Üseyd ibn Sayə və Əsəd ibn Übeyd kimi əyan-əşrəflər) Allah Rəsulunun (s.ə.s) hüzurunda Hz. Musanın (ə.s) vəsiyətinə əməl edərək İslamı qəbul edirlər. Əsasən, Allaha ürəkdən bağlılıqlarını ifadə edərək Allah Rəsulu ilə eyni səfdə olanlarla, ikiüzlü hərəkət edib gözünü həqiqətə bağlayanlar bərabər tutula bilməzdi. Əvvəlkilər fəzilətin üstünə fəzilət gəlməsi yarışına girişdikləri halda, digərləri bilə-bilə haqqın üstünü örtməyin məsuliyyəti ilə hesab gününə gedəcəkdilər. Bu yanlış düşüncə, nazil olan bir ayə ilə belə qeyd edilirdi:
- Kitab əhli içərisində gecə boyunca Allahın ayələrini oxuyan və Ona səcdə ilə itaət edən ümmətlə onlar əsla bərabər ola bilməz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.