Diş pastasının faydaları

15 Ocak 2015
2 066
0
Diş pastasının faydaları
Diş pastasının faydaları

1. Zinət əşyalarını parıldadır. Ləkələnmiş metal və solmuş qaşlara diş pastası sürtün. Sonra nazik parçayla silib parıldadın, bol suyla durulayıb qurudun. Əgər qaşların, zinət əşyalarının üzərində ləkələr çoxdursa, diş pastasını bir təbəqə şəklində sürtüb 1 saat saxlayın. Bijüteriyalarınız parıldayacaq. Ancaq mirvari, turkuaz, bakalit, süni almaz kimi yumşaq tərkibli maddələrin üzərində bunu etməyin. Cızıla bilər.

2. Xalçalardakı ləkələrin üzərinə diş pastası sürtüb fırçalayın.

Sonra nəm dəsmalla silin.Xalçanın rənginin çıxmayacağını yoxlamaq üçün əvvəl bir kənarda bunu sınaqdan keçirin.

3. Dırnaqlarınızı diş pastasıyla yavaşca fırçaladıqda sarı ləkələrin getdiyini, dırnaqlarınızın parıldadığını görəcəksiniz.

4. Hər zaman geyindiyiniz idman ayaqqabılarınızın kirlənən rezin hissəsini diş pastasıyla fırçalaya bilərsiniz.

5. Mebellərdəki su ləkələrini diş pastası və nəm dəsmalla təmizləmək olar.

Çox güc tətbiq etmədən ləkələri yavaş-yavaş silməklə təmizləyə bilərsiniz.

6. Yenidən istifadə etmək istədiyiniz kirli şüşə qabları diş pastasıyla fırçalayıb təmizləyə bilərsiniz.

7. Dalğıc eynəklərini diş patasıyla fırçalayıb durulayın. Bu, eynəklərin buxarlanmasının qarşısını alır.

8. Köynəklərin qol nahiyələrindəki ləkələri diş pastasıyla təmizləyə bilərsiniz.

9. Divarlardakı boşluqları diş pastasıyla doldura bilərsiniz.


Diş pastasının faydaları
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.