Şərabxorun Tövbəsi

22 Ocak 2015
1 070
0
Şərabxorun Tövbəsi
Şərabxorun Tövbəsi


Nəql edirlər ki, Abdullah adlı bir şəxs çox pis şəkildə yolunu azmışdı. İşi-gücü ancaq şərab içib müxtəlif havalara (musiqilərə) qulaq asmaq idi. Lakin birdən-birə qəflət yuxusundan oyanaraq tövbə etməklə günahlardanəl çəkir. Allah yolunda hərəkətə gəlir. Bir şəxs ondan soruşur: "Sən ki, dinsiz, əxlaqsız şərabxor və əqidəsiz adam idin, necə oldu ki, birdən-birə belə dəyişdin və Allah yoluna gədin?” Abdullah cavabında deyir: "Mən həddən artıq içki içən və musiqi dəlisi idim. Gecələrinbirində özüm kimi dostlarımla birlikdə istirahətbağlarının birində kef məclisi qurmuşduq. Yaxşıca yeyib-içib və çalıb oynadıqdan sonra tar-kamanımızı və musiqi alətlərimizi ağaclardan birinin budağından asıb ağacın altında yatdıq. Bir müddətdən sonra birdən yuxudan ayıldım və ağacın yanından qəribə bir səs eşitdim. (Ola bilsin vicdanının səsi idi). Səs bu ayəni oxuyurdu: أَلَمْ يَأْنِ لِلَّذِينَ آمَنُوا أَن تَخْشَعَ قُلُوبُهُمْ لِذِكْرِ اللَّهِ ”Məgər vaxt çatmamışdır ki: O kəslər ki, Allaha inanırlar, qəlbləri qorxub təvazökar olaraq Allahı yadlarına salsınlar?” (Hədid surəsi 16) Bu ayə mənə elə tə`sir etdi ki, o gündən belə qərara aldım ki, Allahın də`vətinə baş əyib qəlbimi Onu yad etməklə təmizləyəm və Allah yolunda çalışam!”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.