Xəyanətim bağışlanacaqmı? (Bölüm 18-19-20)

22 Şubat 2015
2 054
0
Xəyanətim bağışlanacaqmı? (Bölüm 18-19-20)
Xəyanətim bağışlanacaqmı? (Bölüm 18-19-20)


BOLUM18
Bu gün Nazlı ilə Ümidin 4-cü və son görüşü idi... Nazlı ailəsindən, Nigargildə əlavə 3 gün də qalması üçün icazə istəmişdi və bu zaman ərzində hər gün xalasını yola gətirərək Ümidlə görüşürdü... Bu gün də son görüş bəhanəsiylə Nigarın razılığını almışdı artıq. Bundan əvvəlki 2 görüşdə Ümid Nazlını planladığı kimi kinoteatra, içəri şəhərə, tarqovuya apararaq gəzdirib unudulmaz, xoş anlar yaşatmışdı. Ümid hər zamanki, kimi onu qısqanıb qoruyar, bir an da olsa sevgisini hiss etdirməyi ehmal etməzdi...
Nazlı evdə hazırlaşıb, Ümidin zəngini gözləyirdi ama heç gözləmədiyi vaxt telinə sms gəlir:
Ümid: -Balacam düş aşagı hədiyyəmi verim evə qoy gəl...
Ümid Nazlıya tam onun zövqüncə olan tünd yaşıl rəngli kabluk almışdı. Nazlı hədiyyəni evə qoyub, təşəkkür edərək metroya doğru yollanırlar...
Nazlı: -Metroparka gedək? Köynək almaq isdirəm sənə.
Ümid: -Eee neynirsən ee balacam istəmirəm.
Nazlı dodaqlarını büzərək: -Küsüm? Mən sevgilimə öz zövqümcə köynek almaq isdirəm ki, hər geyindikcə məni xatırlasın. Yeni köynək köhnələnə qədər)))
Ümid: -Bir şərtlə. Mən də sənə aldığım ayaqqabının rənginə uyğun kofta alacam. Yoxsa qəbul etmirəm.
Nazlı: -Off yaxşı...Pis....
Metropark...!
İlk gördükləri mağazaya girərək Nazlı gözucu kişi paltarlarına nəzər salıb:
Nazlı: -Burda heç nə yoxdr gedək.
Ümid: -Dayan da bir nəolub?. Gəl koftalara da bax. Ümid çəhrayı rəng koftanı göstərərək: -Balacam necədi bu?
Nazlı: -Nc bəyənmədim.
Ümid ‘’Bəs bu?’’ deyib boz rəngli, şəkilli koftanı göstərdi.
Nazlı: -Baxım. Nc bahadı.
Ümid: -Elə də baha deyil 35 manat idi 25 manat olub. Həm bir dəfə alıram da axırıncı günümüzdür get geyin baxım.
Nazıi dodaqlarını büzərək: -Yaxşı.
Ümid koftanı Nazlıya uzatdıqdan sonra yaşıl futbolkanı da verərək: -Al bunu da yoxla.
Nazlı: -He bax bu yaşıl pis deyil.
Nazlı hər iki koftanı geyindiyində, daha çox yaşılı bəyənsə də Ümid yaşıl koftanın dar olduğunu deyərək boz rəngli koftanı almaq istədi və satıcıya yaxınlaşaraq koftanı uzatdı. Nazlı nə qədər koftanın boş, olduğunu və elə də bəyənmədiyini pıçıldasa da, Ümid, Nazlının qiymətə görə bunu dediyini düşünmüş, almışdı.
Satıcı: -35 manat zəhmət olmasa.
Nazlı təəccüblə: -Endirimdə idi axı. 35 manat niyə?
Bu an belə Ümid Nazlıya gözlərini bərəldərək işarə edirdi.
Satıcı: -Bir sehvlik olmalıdı xanım endirimdə deyil və hələ də qiymət 35 manatdır.
Ümid pulu uzadaraq koftanı alır.
Nazlı ürəyində: -Bir bu əskik idi. Indi həqiqətən də pula görə isdəmirəm bu koftanı!! Bu nədi ee o pula dəysə barı. Bilirəm axı geyinən deyiləm qalacaq bir kənarda off uşağın pulu gedir. Inadcıdı da nəolacaq?!
Artıq mağazadan çıxıb digər mağazalara getməklərinə baxmayaraq Nazlı hələ də deyinirdi.
Nazlı: -Mənə lazımdı bu? İstəmirdim də niyə aldın ee??
Ümid: -Off canım çox uzatdın bir dəfe alıram da nəolacaq? Pulun söhbətini eləmə.
Nazlı: -Başa düşmürsən bəyənmədim?? Nəinki sən heç özümün əlim gəlməzdi o cür koftaya qəpik də verməyə. Gedək qaytaraq istəmirəmmm.
Ümid: -Olmaz canım alınmır gəl mənimçün də köynək baxaq.
Nazlı: -Başa düşmürsən narahatam? Bax bütün günümüzq zəhər edərəm demədi demə.
Ümid: -Yaxşı gəl başımın bəlası ama qaytarmasalar menlik deyil.
Artıq geri qayıdaraq koftanı vermiş və əvəzinə Ümid ‘’dar’’ deyə düşündüyü yaşıl futbolkanın əslində dar olmadığının fərqinə varıb almışdı.
Ümid: -İstədiyin oldu ifritəm? 20 manat cibimdə qaldı.
Nazlı: -Ohh be necə rahatam yaşılı çoooox bəyəndim.
Ümid: -Sevindim canım təki bəyən. Başqa qız olsaydı bəlkə etdiyini etməzdi. ’’Bircə dəfədir də alır’’ deyib ötüşdürərdi. Evlənəndən sonra da bilirəm qoymuyassan ora-bura pul xərcləyim. Bizdə mama da elədi.
Nazlı: -Boş-boş şeylərə qoymaram təbiiki. 35 manat az pul deyildi ee)))
Ümid: -Off balacaaam.
Yarım saat da mağazaları dolaşdıqdan sonra nəhayət ki, Nazlı da Ümid üçün qəhvəyi rəng, şəkilli köynək alaraq bulvara doğru yollanırlar. Yolda gedərken belə Ümid, 4 gün görüşməklərinə baxmayaraq sanki ilk gördüyü günki kimi sevgi dolu, gülən gözlərlə seyr edirdi Nazlını. Nazlının da utancaqlığı bu bir neçə gündə keçmişdi artıq. Ümidin üzünü doya-doya izləyə, gözlərinə baxaraq onu nə qədər sevdiyini də deyə bilirdi.
2 bilet aldıqdan sonra yarım saatlıq gəmi səyahəti edirlər. İçəridə oturacaqlar dolu olduğundan, bayır tərəfə, bir neçə cütlüklər və oğlanlar olan yerə keçirlər. Bu an belə Ümid qısqanclığından əl çəkməyərək Nazlını ən ortaya gətirib əllərini hər iki tərəfdən tutunacağa qoyur.
Nazlı: -Offf bu nədi tərpənməyə yer yox idi onsuz sən də qollarıvı qoydun. Özümü lap cücə kimi hiss etdim burda.
Ümid halından çox məmnun şəkildə gülümsəyərək: -Yaxşıdı da. Nə etməliydim görmürsən ətrafımızda oğlanlardır.
Nazlı nə qədər üzgün görsənsə də özünü sevdiyinin qolları arasında güvəndə, çox xoşbəxt hiss edirdi.
Ümid əyilərək tez-tez Nazlının qulağına onu sevdiyini pıçıldayardı.
Ümid: -Səni sevirəm. Çox sevirəm.
Nazlı: -Mən də səni canım.
Ümid: -Bəlkə şəkil çəkdirək? Birgə şəkilimiz yoxdu ee.
Nazlı: -Nc olmaz çirkin düşürəm.
Ümid: -Eee yaxşı da balacam elə düşmürsən gəl çəkim şəklimizi. Sən gedəssən sənə nə var ee burda mən pis olacam. Şəkildə yox. Baxım yada salım da bu günləri.
Nazlı: -İstəmirəm hələəə.
Çox didişmədən sonra artıq gəminin geri qayıtdığını görmüş və enmişdilər. Bir az gəzinib, yemək yedikdən sonra havanın qaraldığını görüb, yavaş-yavaş evə doğru yollanırlar.
Nazlı: -Nə tez hava qaraldı axı. Saatlar dəqiqə kimi gəlib keçdi elə bil. Heç getmək istəmirəm :’(
Ümid: -Balacam inan mən də ama neyniyək. Gec olmadan aparım xalan bir söz deməsin. Mən də bilmədim heç vaxt necə gəlib keçdi.
Artıq Nigargilin məhləsinə gəlmiş, sağollaşmaq vaxtı çatmışdı. Ümid binanın qarşısında görənlər səhv başa düşməsin deyə durmuş və elə sağollaşmışdılar.
Nazlı üzgün şəkildə: Səni sevirəm. Çıxıram yuxarı ta.
Ümid: -Mən də səni sevirəm canım qalx zəng edəcəm danıwarıq.
Nazlı 3-cü mərtəbəyə qalxmışdı ki, Ümid aşağıdan Nazlıya səsləndi:
Ümid: -Nazlı gözlə.
Cəld tənginəfəs halda Nazlının yanına çatmış, möhkəm qucaqlayaraq dodağına öpüş qondurmuşdu. Nazlı da növbəti yaya qədər Ümidi görməyəcəyini düşünərək, qarşılıq vermişdi.
Nazlı: -Neynirsən ay dəli?
Ümid: -Bir il görmüyəcəm səni. Etmədiyim üçün peşman olmuyum deyə qayıtdım))) yaxşı ki, qayıtdım da.
Nazlı: -Bəs qonşuları düşünürdün nəoldu?
Ümid: -Bilmirəm heç fikir vermədən gəldim.
‘’Səni sevirəm. inşALLAH mənimsən..!’’ deyib, son dəfə Nazlını doya-doya bağrına basıb ayrıldiıar. Görünür uzun, çətin və yorucu yol onları gözləyirdi...

BOLUM 19-20
Nazlı Ümid ilə ayrıldıqdan sonra evə qalxır. Həm unudulmaz 4 gün yaşadığı üçün sevinir, həm də 1 il yenə ayrı qalacaqları üçün üzülürdü. Bu da sevgilərinin imtahanı olsa gərək...
Nazlı Nigara yorğun olduğunu deyərək digər otağa keçib Ümidə yazır:
Nazlı: -Canım mən çatmışam sən hardasan?
Ümid: -Yoldayam həyaaaatımmmm metroya çatıram indi.
Nazlı: -Mən çox pisəm indidən ürəyim sıxılır boğuluram((
Ümid: -Balacam mən də inan başa düşürəm ama bizim də taleyimiz budur səbr etməkdən başqa çarəmiz yoxdur. Keçirdiyimiz unudulmaz o 4 gün təsəllim olacaq 1 il ərzində.
Nazlı: -Cann olərəm hər şey üçün çox sağ ol həyatımda bu qədər xoşbəxt olduğumu xatırlamıram.
Ümid: -Dəyməz ürəyim daha çox planlarım var idi ama qismət gələn ilə imiş. Bu 4 gün ərzində bir dəfə də səni necə sevdiyimin şahidi oldum. Sənsiz olmaz Nazlım. Məndən qurtuluş yoxdu artıq)))
Nazlı: - ''Qurtulmaq istəyirəm'' dediyimi heç xatırlamıram)))
Beləcə Ümid metroya çatdıqdan sonra sağollaşmışdı. Yenə eyni hisslər bürüyürdü Nazlını. Pəncərəni açıb yarım saat şəhəri seyr etdikdən sonra yerinə uzanıb səssiz-səssiz ağlayaraq yuxuya gedir...
Beləcə yavaş-yavaş günlər, həftələr, aylar keçirdi. Nazlı kollecdə yeni kurslara başlamış, təhsilini davam etdirirdi. Hər gün Ümid ilə skaypda görüntülü danışar, bir birlərinə doymağa çalışardılar. Amma bu uzun çəkmir. Günlər keçdikcə Ümid daha da internetdən uzaqlaşmalı, son ilini yaxşı dəyərləndirib universitetə hazırlaşmalı idi. İndidən Nazlını öyrəşdirərək təsəlli edib:
Ümid: -Balacam son 1 ilimiz qalıb uniyə girim inşALLAH hər gün danışacıyıq skaypda...
Nazlı: -Ən azından arada gəl danışda darıxaram axı. 1 il az müddət deyil(((
Ümid: Həyatım boş vaxt tapan kimi gələcəm söz. Sən də dərslərvi yaxşı oxu ki, illər uzanmasın tez qayıt qovuşaq da...
Nazlı: -Sən məni düşünmə mən də asantdı hər şey. inşALLAH 2 ilə mən qayıdaram yəqin.
Ümid: -ALLAH qoysa həyatımın mənasııı....
Nazlı: -Şeeey canııııım
Ümid: -Yenə nəolub bax?!
Nazlı: -Maşın sürməyə icazə verəssən də hə?
Ümid: -Yox da balacam isdəmirəm! Sürmə!
Nazlı: -Paxıl olma! Bax papa da qoydu. Həm professional sürücü olcam söz))
Ümid: -Nəolsun qoydu mən qoymuram!
Nazlı: -Ne pissən e dəstək olmursan heç küsüm? Niyə həvəsdən salırsan bax? Sənin üstündə düz 3 dəfə kəsilmişəm imtahandan (bundan əvvəl 3 dəfə imtahandan kəsilmiş, yenə də hazırlaşırdı)...
Ümid: -Xexe baş yoxdu səndə mən neyniyim?!
Nazlı: -Tupoy özünsən! Küsdüm((((
Ümid: -Caaan ölərəm elə sür ama orda. Bura gələndə olmaz!
Nazlı: -Ona hələ baxarıq)))
Ümid: -Balacaaaaaaa!!!!!!
Nazlı: -Susdummm
22 Oktyabr
Mehdi bu gün işdən Nazlının 4-cü imtahanı üçün tez gəlmişdi. Nazlı imtahan verərkən 1 saat çöldə gozləyəcəkdi...
Mehdi: -Pullarım belə səpələnir eee. Bir dənə şablon nədi ki, keçə bilmirsən. Min dəfə demişəm diqqətlə oxu bu kitabı. Yoxsa qocalanacan buranın yolunu ölçəciyiy.
Nazlı: -Ee bax belə deyə-deyə həvəsdən salırsan daa. Adam bir deyər ‘’ay doşan sənə inanıram keçəssən sərbəst ol heç nəyi düşünmə’’ ama yooox gərəy əsəbi imtahana yola salasan axı...
Mehdi gülümsəyib Nazlını öpərək: -Get gəl doşan az danış get. Tələsməya. Uğurlar
Nazlı: -Yaxşı...
Nazlı 1 saat imtahandan sonra üzgün şəkildə Mehdinin maşınına əyləşir.
Mehdi: -Yenə keçə bilmədin hə?
Nazlı ürəyində gülərək: -Yox(((
Mehdi: -Yox əşi səndə öyrənən üz yoxdu getdiy...(maşını işə salır)
Nazlı atasını qucaqlayaraq qışqırır: -Keçmişəəəəm hədiyyəm nə olacaq))))
Mehdi: -Yoxdu sənə hədiyyə mədiyyə nə qədər hər imtahan üçün pul xərcləmişəm oda hədiyyəm olsun))
Nazlı gülərək o günü çox xoşbəxt başa vurur.
‘’Nazlı mənə xəyanət etdiyini bilirəm. Heç gözləməzdim. Kimdən, kimdən, səndən!!! Ən güvəndiyim şəxs. Gedirəm sevgilim. Həyatından həmişəlik çıxıb gedirəm. Bir daha qarşına çıxmayacam. Əlvida!!!’’ –yaziı məktuba, arxasına baxmadan gedirdi...
Ümid qan-tər içində yuxudan oyanır. Mətbəxə keçərək su içir. Çox düşünsə də yuxusuna bir anlam verə bilmirdi Ümid. Yerinə uzanaraq gözlərini yumub bir müddət sonra yuxuya gedir.
Səhər açıldığında Ümid dərsə getməmişdən əvvəl yarım saatlıq Nazlıya vaxtını sərf etmək istəyir. Nazlı ilə hal əhval tutduqdan sonra:
Ümid: -Gecə çox pis yuxu gördüm.
Nazlı qorxaraq: -Nə yuxu canım?...
Ümid: -Mənə xəyanət etmişdin mən də əlvida məktubu yazıb ayrılırdım.
Nazlı daha da qorxaraq nə deyəcəyini bilmirdi: -Yuxudu da canım keçdi getdi.
Ümid: -Yuxuda olsa dəhşətli idi.
Nazlı: -Həqiqi olsaydı ayrılardın hə?
Ümid:: -Həqiqi olma ehtimalı var?!
Nazlı: -Sözdü də soruşdum niyə əsəbləşirsən ki. Təbii ki yoxdu.
Ümid: -Aha ayrılaram. Düşünmədən çıxaram həyatından.
Nazlı qorxu və təlaş qarışıq qəribə hisslər keçirirdi. Sanki indi daha çox vicdan əzabı çəkir, hər an xəyanətini etirafını edə bilərdi.
Bir neçə saat keçsə də Nazlı hələ də Ümidi, onun dediklərini düşünürdü.
Nazlı: -Bu necə vicdan əzabıdı. Çox qorxuram çox((( nə bu xəyanətimin yükünü ömrüm boyunca daşıya bilərəm, nə də onsuz yaşıya bilərəm. Neyniyəcəm mən? ALLAHIM mənimi sınağa çəkirsən? Peşmanam həm də çox. Əsəbləşdim, şeytana uydum. Ama nəolar bunun bədəlini onu itirməkle ödətdirmə mənə İlahi. Bilirəm geci tezi dözməyib etiraf edəcəm ama qorxuram. Yuxularında da ona işarə gösdərirsən ya RƏBBIM niyə axı?. Mənə düzgün yol göstər((((
Dualarından Nazlını qapının döyültüsü ayıltdı. Cəld qapını açaraq şok vəziyyətdə:
Nazlı: -Papa sən burda neynirsən? Nə tez gəldin?
Mehdi: -Gəlmiyim doşan? İşim az oldu bu gün. Gəldim dostuma zəng edəcəm danışım 1 az.
Nazlı: -Yaxşı keç əllərvi yu mən yiməy gətirərəm indi.
Mehdi: -Yaxşı ama evvəlcə sən telefonunu ver ordan zəng edəcəm.
Nazlı qorxub həyəcanlanaraq telefonu Mehdiyə uzadır. Ürəyində sanki bu müddət ərzində Ümid mesaj yazmasın, zəng etməsin deyə yalvarırdı.
Mehdi dostu ilə yarım saatlıq danışıqdan sonra zəngi sonlandırır. Tam telefonu Nazlıya uzadacaqkən mesajın gəldiyini görür və açır:
''Canım mən dərsdəyəm. Dəhşət darıxmıwam sənin üçün. Sən darıxmamısan ayın üçün?''
Mehdi tam üzünü Nazlıya çevirib mesajı göndırınin kim olduğunu soruşacaqkən Nazlının telinə zəng gəlir. Nazlı ard-arda şok yaşayırdı. Necə hərəkət edəcəyini bilməzkən gözlərini Mehdiyə zilləyib onun neyləyəcəyini izləyirdi. Mehdi mesajı 2-3 dəfə təkrar-təkrar oxuduğundan, göndərənin kim olduğuna fikir verməmişdi. Zəng gəldiyində isə ekranda ''Atamın Kürəkəni'' sözü onun azca da olsa üzünü gülümsətsə belə, yenə də ciddi üz ifadəsi ilə:
Mehdi: -Nazlı kimdi bu?
Nazlı susur, gözlərini yerə zilləmişdi.
Mehdi: Hə? Səynənəm kimdi bu?
Nazlının ürəyi sıxılır, havası çatlşmlrdl sanki. Qorxu və utancaqlıq hissi bir-birinə qarışmış, yanaqları qızarmışdı həyəcandan. Buda azmış kimi ürək döyüntüləri daha da sürətlənmiş, yerindən çıxacaqdı sanki.
Nazlı ürəyində: -Qaçışım yoxdu etiraf etməliyəm. Ürəyimmm nəolar çox döyünmə məni ələ vermə pis vəziyyətdə qoyma. Hələ yanaqlarım?! Lənətə gələsiz niyə qızarırsız axı ?!
Nazlı dillənərək: -Məni isdiyən oğlandı.
Mehdi: -Kimdi nəçidi haralıdı başa sal görüm. Hardan tanıyırsan?!
Nazlı: -Xaçmazlıdı mənlə yaşıddı.
Mehdi: -Necə tapıb səni?
Nazlı yalan danışaraq: -Keçən yay mamagilnən bulvara gedəndə görüb. Gözəli tək görəndə nömrəmi almışdı.
Nazlı öz qulaqlarına, bunları necə etiraf etdiyinə hələ də inana bilmirdi.
Mehdi: -Nəise inanmağım gəlmədi. Bildiyimə görə xaçmazlılar şorgöz olur.
Nazli: -Yox O elə deyil
Mehdi Nazlıya çox düşkün idi. Qışqırıb qadağan qoymaqla onun içinə qapanacağını, hətta özündən belə uzaqlaşacagını bildiyi üçün Nazlıya bir şey deməmiş, telefonunu geri qaytarmışdı. Bəlkə də artıq Nazlının böyüdüyünü görüb, bir tərəfdən də qızının düzgün seçim edəcəyinə inanırdı.
Nazlı şok üzərinə şok yaşayırdı. Atasının qışqırıb aləmi bir-birinə qatacağını, telefonunu, kompunu əlindən alacağını gözlərkən tam əksi, Mehdi sakitcə suallar vermiş, telefonu da geri qaytarmışdı. Nazlı yenə də hər ehtimala qarşı özünü bütün suallara hazırlaşdırırdı. Mehdi düşünüb nəylərisə ağlına gətirər, yenidən sual atəşinə tutar deyə.
Nazlı: -Mən yeməy qızdırım.
Mehdi: -Gedim əllərimi yuyum mən də.
Nazlı çox utanmış, atasının üzünə necə baxacaq deyə düşünürdü ama dilaltı Ümidə də deyinməyi unutmurdu)))
Nazlı: -Ax Ümid axxxx yazdığı mesaja bax ayıymış. Tam ayısan elə ayııııı!! Of nə hallara saldın məni necə baxcam indi papanın üzünə?
Nazlı yeməyi qızdırarkən fürsətdən istifadə edib Ümidin mesajına cavab yazır:
Nazlı: -Offf ölmüyəsən səni mesaj yazmağa vaxt tapdın?!!!
Ümid: -Nəolub??? Başa düşmədim
Nazlı: -Of nəolacaq papa işdən gəldi oxudu mesajıvı. Zəngividə gördü.
Ümid:-Aha başdan danış görüm sora nəoldu?
Nazlı Ümidə hər şeyi danışdıqdan sonra:
Ümid: -Xaçmazlılar haqqında dediyi xoşuma gəlmədi
Ardı var...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.