Xəyanətim bağışlanacaqmı? (Bölüm 21-22)

23 Şubat 2015
1 829
0
Xəyanətim bağışlanacaqmı? (Bölüm 21-22)
Xəyanətim bağışlanacaqmı? (Bölüm 21-22)

Nazlı atasının üzünə necə baxacağını düşünərkən özü də bilmədən bir neçə saat sonra həyatının ikinci utancverici anını yaşayacaqdı. Beləki axşamüstü Ümidin dərs etdiyi və Nazlının onun üçün darıxdığı anda Nazlı Ümidə sms yazır ama Ümidin anası Mələk bir neçə dəqiqəlik telefonu Ümiddən götürdüyü üçün mesajı açıb oxuyur:
Nazlı: -Yəqin dərs edir mənim şirinim. Uşşş Səni Sevirəm muachh şipşirin bal dodaqlarından
Mələk mesajı oxuduqdan sonra üzünə təbəssüm qonduraraq telefonu Ümidə gətirir:
Mələk gülümsəyərək: -Mesaj gəlib sənə
Ümid də smsi oxuduqdan sonra anasına çoxbilmiş gülümsəmə ilə:
Ümid: -Oxudun hə?)))
Mələk: -Təsadüfən oxudum))
Ümid: -Hmmm))))
Mələk Ümidə göz vuraraq otağı tərk edir. Bu mesajda yazılan sözlər Ümid və Mələk üçün normal olsa da, Nazlı üçün unudulmaz, utancverici və həmişə də peşman olacağı bir hadisə kimi yaddaşında qalacaqdı. Ümid anasının mesajı oxuduğunu dediyində dünya sanki Nazlının başında fırlanır, sözün məcazi mənasında utancından ölmək istəyirdi.
Nazlı: -Hiiiiii nəəəə? Off axı necə qoydun oxusun mesajı???
Ümid: -İnan bilmirdim yazacaqsan yazsan da bilmirdim səhvən açıb oxuyacaq
Nazlı: -Ayyy mən biyabir oldum. Vso mən birdə gələcəydə ananın üzünə baxa bilmiyəcəm. Biyabırçılıq off kül axmaq başıma niyə yazdım o sözü axı niyəəə
Ümid: -Yaxşı da canım çox şişirdirsən ee mamayçün normal bir şeydi. İnan xasiyyətini tanısan bilərdin. Çox dərd etmə
Nazlı sanki Ümidin dediklərini eşitmir, öz bildiklərini oxuyurdu:
Nazlı: -Sən hardan biləsən bax? Mənim yerimdə deyilsən ki, yaşadıqlarımı da hiss edəsən. Səninçün diməy asantdı ee. Ayda yəqin deyir nc nc nc qıza bax gör nələr deyir indidən ayy biyabırçılıq. Haqqlıdı VALLAH nə desə haqqlıdı mən axmaq baş niyə elə yazdım axı niyə?! (başına-başına vuraraq)
Ümid: -Balacam eşitmirsən sən məni? Deyirəm mama elə deyildə aaa. Rahat ol heç nə düşünən deyil. Bəsdi fikirləşmə bunları. Yeri gəlmişkən mən də öpdüm bal dodaqlarından)))xaxaxa
Nazlı: -Haaa gül sən gül ağlamalı vəzyətdəyəm ee(((
Ümid: -Muachhh....
Ümid çox calışsa da şirin diliylə, anasının xasiyyətlərindən danışa-danışa Nazlını sakitləşdirməyi bacarmışdı ama bayaqda dediyim kimi Nazlı bunu utancverici hadisə kimi əsla unutmayacaq, hər o günü xatırladıqca artıq gülüb keçəcəkdi...
Günlər öz axarında davam etsə də Ümidin təkrar-təkrar gördüyü xəyanət yuxuları, hər bir keçən gününü kabusa döndərirdi artıq. Beynində şübhələr dolaşsa belə özünü bu xəyanətə inandıra bilmirdi. Necə inandırsın axı? Canından çox sevdiyi, güvəndiyi qız ona necə xəyanət edə bilər axı?
Ümid yuxusunu yaxın bildiyi müəlliməsinə dediyində:
Müəllimə: -Bala ürəyin təmizdi ona göre yuxun çin olub bəlke də
Ümid: -Yox ALLAH eləməsin ürəyim təmiz olmasın, təki yuxum da çin olmasın bəsdi
Ümid çox əhəmiyyət verməməyə çalışsa da Nazlı bunu bacara bilmirdi. Hər keçən gün xəyanətin yükü daha ağırlaşırdı Nazlının çiyinlərində. Səhər axşam bunu düşünər olmuşdu artıq və nəhayət bunu ilk Röyaya etiraf etməyin daha asand olduğunu düşünərək ürəyini açmış, məsləhət verməyini istəmişdi:
Nazlı: -Eşitmişdim əgər sirri varsa insanın və bu yalnız özü və ALLAH arasındadırsa, bəlkə də bu sirr ömür boyu elə də qalar ama vicdan əzabım. Həqiqəti Ümidə deyəcəm zamanı gəlincə. Çünki ona xəyanət etmişdim
Röya: -Nəəəə???? Sən mənə bir başdan danış bunu bəlkə bir köməyim dəydi
Nazlı hər şeyi başdan olduğu kimi Röyaya danışır
Röya: -Axx o vicdan əzabı. Canım bu günə qədər gizlətmisən çalış bir az da gizlət çünki indi sonuncu ilidi Ümidin. Öyrənsə dərsləri bir kənara atar bütün ili hədər gedər
Nazlı: -İnan hər gün keçdikcə dəli oluram artıq. Hər keçən gün daha çətinləşir daha ağırlaşır yüküm. Onun yuxuları, danışıqları. İnan hər danışdıqca bilmirəm nə cavab verim. Nitqim tutulur. Çox çətindi Röyam...
Röya: -Səni də başa düşürəm ama sən də onu düşünməyə çalış. Öyrənsə nəolar? Lap deyək öyrəndi bilmirsən bağışlayar ya yox. Məncə bağışlamaz. Onda bəs? Səncə daha yaxşı olacaq? Bir az da səbr et canım
Nazlı: -Söz verə bilmərəm birdənəm...........(((
Xəyanəti etiraf etməkmi? Yoxsa gizlədib vicdan əzabından hər gün qovrulub getməkmi? Vicdanın varsa əgər geci-tezi etiraf edəcək, hər şeyə baxmayaraq bağışlanmağını gözləyəcəksən. Ya etiraf edib bağışlanacaq, ya da birdəfəlik yollarınızı ayıracaqsan. Çətin andır o an. Hər onun səsini eşitdiyinə, gözlərinə baxdığında heç nə olmamış kimi davam etmək, yaşamaq. Bu gecə Nazlı qərarını vermişdi artıq. Zamansız və çətin də olsa etiraf edəcəkdi Xəyanətini....
Geci tezi etdiyiniz səhv ya qarşınıza çıxıb üzünüzə vurular, yada vicdan əzabından, dözməyib etiraf edilər. Heç bir sirr gizli qalmaz ancaq. Nazlı da xəyanətini etiraf edəcəyini bilsə də dəqiq zamanı bilmirdi daha. Çox düşünür, bəlkə də etiraf etmədən də ayrılmanın başqa yollarını axtarırdı. Ümidin nifrətini qazanmadan, asan yoldan bir ayrılıq. Bu asan kimi görünsə də baş verməsi demək olar ki qeyri-mümkün idi. Nazlı çox gözəl bilirdiki Ümid çətin ondan ayrılsın. Təbii ki aralarında xəyanət olmazsa. Aralarında danışdıqları vaxt yalnız tək ayrılma səbəbi xəyanət ola bilərdi ki, bu da Nazlı tərəfindən baş vermişdi. Həyatının ən çıxılmaz anlarını yaşayırdi Nazlı o an. Etiraf etsəydi əgər, Ümidi itirməsi üzərinə bir də nifrətini qazanması dözülməz olardı onun üçün. Son zamanlar, ələxsusda bu gün bu fikirləri edərkən, fərqinə varmadan Ümidlə kobud danışır, onu acılayır, hətta ona yola getmədiklərini sakit dillə başa salmağa çalışırdı ama əbəs yerə özünü yorduğunu da çox gözəl görürdü. Ümid bu sonuncu davaya, Nazlının aqressivliyinə dözməyərək söhbəti aydınlaşdırmaq üçün ona zəng edir:
Ümid: -Nəolub niyə beləsən? Ayrılmağı unut! Ayrılmırıq! Bəsdi tez-tez dedin bunu
Nazlı: -Çox ciddiyəm ayrılmaq istəyirəm. Alınmır. Yola getmirik. Daha çox davam etdirmək istəmirəm...
Ümid: -Nazlım!!! Mənimsən. Heç vaxt ayrılmıyacıyıq!
Nazlı ağlayaraq: -Bağışla sənin deyiləm. Ayrılacıyıq
Ümid: -Başa düşmədim necə yəni??? Hardan bilirsən?
Nazlı: -Eşitdiyin. Mən bilirəm!
Ümid: -Başa sal dedim!!! O nə deməydi indi?!!!
Nazlı: -Sənə 1 ay xəyanət etmişdim
Ümid: -Nə?! Necə?! Kimnən?!
Nazlı ağlayaraq hər şeyi Ümidə olduğu kimi danışır. O, Ümidin səsini eşitdiyi anda dözməyib, onun həqiqəti bilmə haqqına sahib olduğunu düşünərek hər şeyi etiraf etmişdi. Ümid isə qulaqlarına inana bilmirdi. Sanki bu da bir kabus olacaqdı, və o da bu kabusdan bu dəqiqəcə oyanacaqdı. Ama kaş kabus olaydı da həqiqət olmayaydı deyə bir anlıq düşündü Ümid. Sən demə bu günə qədər gördükləri yuxular həqiqət, Nazlının dedikləri yalan imiş...
Ümid: ‘’Nazlı.... Özündən muğayat ol... Sağ ol’’ deyərək zəngi sonlandırır...
Bəli Nazlı etiraf etmiş, ağır bir yükü çiyinlərindən götürmüşdü ama bu acılar daha başlanğıc idi... Əvvəllər hər davalarında Nazlı ayrılaq deyib Ümiddən küssə belə, uzun zaman onu itirmə qorxusunu bu gün yaşadığı qədər yaşamamışdı. O an, o dəqiqəcə acı da olsa Ümidi itirmişdi artıq. Ümidin onun həyatında olmamasını düşündükcə sanki xoşbəxtlikdən parlayan dünyası bir andaca qaralmışdı. Durmadan ağlayır, etdiyi günahının cəzasını ödəyirdi indi. 4 divar üstünə-üstünə gəlir, nəfəsi kəsilib boğulacaqmış kimi olurdu sanki. Sözün məcazi mənasında yaşayan ölüdən bir fərqi yox idi artıq.
Ümidlə danışığı bitirdikdən sonra ilk iş feysbuk hesabını dondurub, uzun müddət telefonunu da sönülü saxlamaq olacaqdı. Guya bu yolla onu özünden soyutmuş və özünü unutdurmuş olacaqdı ama boşuna...
Ümid isə yaşadığı şokun təsirindən çıxa bilmirdi. Mələk Ümidin halının pisləşdiyini gördükdə ürək dərmanı verərək oğlunu sakitləşdirməyə çalışırdı. Ama heç bir dərman onun acısını susdura bilməzdi o an...
Xəyanət bəzən sondur. Hər şeyə nöqtə qoyar. Bütün xəyalları, gələcəyə dair qurduğun planları alt-üst edər. İnamını, güvənini itirərsən. Yenidən düşünərsən hər şeyi. Tam başdan. Harada səhv etdim deyə. Ya hər şeyi silib yeni səhifə açacaqsan, ya da bağışlamağı bacaracaqsan. Ümid yenidən Nazlıya inanıb, güvənməyi bacaracaqdımı? O an sadəcə Ümid düşünməli, qərar verməli idi. Bağışlayıb hər şeyə yenidən davam etməkmi, yoxsa birdəfəlik yolları ayırıb, həyatında yeni səhifə açmaqmı. Nazlısız 1 səhifə. Kim bilir bəlkə də bu səhifədə başqa sevgi, başqa bir qızın adı yazılacaqdı. Ümidin sevgisimi qalib gələcəkdi ya qürürmu? Zaman bu sualın da cavabını tezliklə verəcəkdi...

Ardı var...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.