Dini Hekayə

03 Eylül 2014
1 514
0
Dini Hekayə
Dini Hekayə


Bir gün Muhamməd Peyğəmbərin (s.a.a.) yanına gəlib deyirlər:
- Ya Rəsulullah, filankəs dünyasını dəyişdi, vəsiyyətində var ki, Siz onun xurma bağlarını kasıblar, yetimlər arasında böləsiniz.
Peyğəmbərimiz (s.a.a.) bu istəyi qəbul edərək, mərhumdan qalan xurma bağlarını bölməyə gedir. Addım-addım ölçərək bağı ehtiyacı olanlar arasında bölürlər. Oradakılardan biri deyir:
- Görün mərhum nə qədər xoşbəxt imiş ki, qoyub getdiyi xurma bağları neçə-neçə ehtiyacı olan ailəni barındıracaq...
Onun yanı ilə addımlayan Peyğəmbərimiz (s.a.a.) astaca başını bulayaraq:
- Xeyr, mərhum sizin düşündüyünüz qədər də xoşbəxt deyil. O, artıq bu dünyadan köçmüşdür. Bu bağ da onun hökmündən çıxmışdı. Yaxşı olardı ki, vəsiyyət etmək əvəzinə özü sağlığında bu bağı ehtiyacı olanlar arasında böləydi. Bu, daha faydalı və sevilən iş olardı. Yoxsa, öləndən sonra kim özü ilə o dünyaya bağ-bağat aparıb ki?...........

Dini Hekayə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.