Nanəcibin aqibəti

28 Mart 2015
1 732
0
Nanəcibin aqibəti
Nanəcibin aqibəti


http://imgs.su/tmp/2014-06-15/1402836726-324.jpghttp://imgs.su/tmp/2014-06-15/1402836726-324.jpg

İbn Abbas deyir: "Mədinə şəhərində yaşayan bir kişinin həyətində xurma ağacı var idi ki, bu ağacın bir neçə budağı kasıb qonşusunun həyətinə sallanırdı. Xurma ağacının sahibi hər gün evinə gələndə ağacın başına çıxıb bir neçə salxım xurma dərərdi. Bəzən qonşu uşaqları öz həyətlərinə tökülən xurmaları yerdən yığıb yeyərdilər. Ağac sahibi utanmadan xurmaları qonşu uşaqlarının əlindən alar, hətta çeynəmiş olsaydılar belə barmağını salıb ağızlarından çıxarardı. Bununla da öz nanəcibliyini onlara göstərərdi. Kasıb qonşu Peyğəmbərin (s) yanına gedib nanəcib qonşusundan şikayətlənir. Peyğəmbər (s) ona buyurur: "Sən get, mən özüm bir çıxış yolu fikirləşib taparam.”

Bir gün xurma ağacının sahibi ilə Peyğəmbər (s) görüşürlər. Peyğəmbər (s) ona buyurur: "Budaqları filan qonşunun həyətinə sallanan xurma ağacını cənnətdəki xurma ağacıyla dəyişərsənmi?”

"Mənim çoxlu xurma ağacım var. Amma onların içərisində ən yaxşı məhsul verən sizin dediyiniz həmin ağacdır”– bunu deyib oradan uzaqlaşır. Əbu Dəhdah adlı çox nəcib bir şəxs Peyğəmbərin (s) o şəxslə danışdıqlarını eşidəndə o Həzrətin yanına gəlib deyir: "Əgər mən həmin xurma ağacını o şəxsdən alıb sizə bağışlasam, cənnət bağlarındakı xurma ağacından mənə də qismət olacaqmı?"

Əlbəttə”–deyə Peyğəmbər (s) cavab verdi. Əbu Dəhdah ağac sahibinin yanına gedib dedi: "Bu xurma ağacını mənə neçəyə satarsan?”
"Peyğəmbər (s) bu ağacın əvəzində mənə cənnətdəki xurma ağacını vəd etdi. Amma mən razılaşmadım. Çünki, bu ağacın xurması başqa ağacların meyvəsindən daha lətif və ləzizdir”–deyə ağac sahibi dilləndi. Əbu Dəhdah ondan soruşdu: "Düzünü de görüm, bu ağacı satmaq fikrin varmı?”
Ağac sahibi dedi: Əgər onun əvəzində çoxlu mal verən olsa, sataram.
"Nə qədər istəyirsən?–Deyə Əbu Dəhdah ondan soruşdu.
Həmin şəxs dedi: "Bir xurma ağacının əvəzində 40 xurma ağacı.”


"Çox baha deyirsən”– deyə Əbu Dəhdah narazı halda cavab verdi. Amma sonra nə isə fikirləşib onun şərtilə razılaşdığını bildirdi. Ağac sahibi ona dedi: "Əgər dediklərin doğrudursa bir-neçə şahid gətir.” Əbu Dəhdah onun dediyi kimi də etdi. Sonra Əbu Dəhdah Peyğəmbərin (s) hüzuruna gedib dedi: "İndi həmin xurma ağacı mənim ixtiyarımdadır. Mən onu sizə bağışlayıram.” Peyğəmbər (s) bunu eşidəndə kasıb kişinin mənzilinə yollandı. "İndi bu xurma ağacı sənə və ailə üzvlərinə məxsusdur”–deyə Peyğəmbər (s) ona müjdə verdi. Əbu Dəhdah, ağac sahibinin əksinə olaraq comərdlik edib, nəciblik göstərdiyinə görə onun haqqında bu ayələr nazil oldu:
"Kim malını Allah yolunda versə, Allahdan qorxsa və ən gözəl sözü (La ilahə illəllah kəlməsini) təsdiq etsə, Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü (La ilahə illəllah kəlməsini) yalan saysa, Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik. (Onu Cəhənnəm üçün hazırlayacağıq). (O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.”("Dastanhaye sahibdelan”, c. 1, səh. 217.)


R.t..Zemichka


http://imgs.su/tmp/2014-06-15/1402836726-324.jpghttp://imgs.su/tmp/2014-06-15/1402836726-324.jpg
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.