Qürbət də özgələrin, Vətən də.

19 Mayıs 2015
1 241
0
Qürbət də özgələrin, Vətən də.
Qürbət də özgələrin, Vətən də.

Həyat bir neçə notdan və onun çoxlu təkrarından ibarət, uzun, üzücü bir nəqarət. Bu gün bayram, sabah matəm.

Onları nə vaxt yaşadın ki, indi ildönümləri yaxandan əl çəkmir.
Qürbət də özgələrin, Vətən də.
Bu yaşadığın həyatın əsli deyil, bəlkə, surətidir, bəs onda hanı bu həyatın əsli?!

Uzun, üzücü bir nəqarət... Sən özündən ən azı yaşca nə qədər böyük olan fikri dəyişə bilməzsən, onunla döyüşə bilməzsən, ancaq barışa bilərsən.
Qürbət də özgələrin, Vətən də.
Bilirəm, çətindir, çoxdan sözə çevrilmiş, dırnağa (hasara) alınmış bu fikirlərin əhatəsində yaşamaq.

Cəmiyyətdən kənar, xəyali səhralar çoxdan zəbt edilmiş, "yeni torpaqlar” kəşf olunmuş, dənizlər keçilmiş, göylər ayaqlanmış Körpülər dilənçilərin, parklar, küçələr səfillərin.
Qürbət də özgələrin, Vətən də.
Burdan qaçmağa yer yox, qanad açmağa yer yox, bayraq sancmağa yer yox, nə meydan var, nə zindan.
.

Ədalətin nə vaxtsa qalib gələcəyi fikri ən axmaq və ən qoca ümid.
Qürbət də özgələrin, Vətən də.
İnsanın ən böyük rəqibi zaman, onun üçünsə ən dəyərsiz olan insan düşüncələri.

Tarixin ən arxaik sözü-"Azadlıq”. Bu qəmi yemə, dünyanın bu iylənmiş qəmini.

Səni udan o balıq da özündən böyüklərin yemidi.
Qürbət də özgələrin, Vətən də.
Və deməli, sonda gülən yenə də zamandır və elə ən kədərlisi də onun məhz sonda gülməsidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.