"Gözləyən biri"

03 Temmuz 2015
1 314
0
"Gözləyən biri"
"Gözləyən biri"
"Gözləyən biri"
Balaca bir qız gözləyər. Pəncərənin önündə, evə yorğun gələn atanı gözləyər.Amma gəlməz, qızını canından çox sevən ata gəlməz. Həmin gecə yağış bütün bir şəhəri islatmış olur. Artıq iki il oldu, amma balaca, toppuş ələri olan, saçları sarı rəngə meyil edən biri, hələdə bir atanı gözləyər. Noyabr ayı niyə bu qədər sıxıcı olur?
- Pəncərəyə ho eliyib üç söz yazar."Ata qayıt evə". Pəncərənin o biri tərəfində yağış və soyuq, insanları evlərinə qaçmağa vadar edər. Sakit və soyuq bir səssizlikdə bir damla yerə düşər.
- İlahi qız ağlıyırdı. O balaca, böyüməmişdən öncə ağrının qonağı oldu. O göz yaşı, tək gözlərindən deyil, həmdə göylərdən süzülüb düşürdü. Çox dolmuşdu gözləri, dişi ilə əlini sıxıb hönkürməsinə mane olmaq istəyirdi. Axı gecə saat bir olmuşdu.Amma hələdə insanlar qaçmağa davam edirdi. Bilmirəm özlərindən yoxsa evlərinə.
- O düşünürdü , görəsən mən böyüdükdən sonra atam evə qayıdacaqmı? Yalnız bu düşüncənin yaratdığı suala görə, böyümək istəmişdi.Lakin o bilmirdi ki, böyüdükdən sonra qayıtmaq bir yana, qalanlar belə atası kimi çıxıb gedəcək.
- Axı ana qayıdacaq deməsəydi, balaca saatlarca gözləyərdimi hər gecə pəncərə önündə?!
Sanırdı belə deməklə onu aldada biləcək. Sanki beş-altı il bundan əvvəl doğmuş toppuş əllər, yetmiş il yaşlanaraq qırışıb, tir-tir əsirdi. Bu kimin günahı idi, ananın yoxsa evə gec dönən atanın?
- Məncə taleyin günahıdır.Böyüməmiş bu əzabları çəkmək, balaca bir qıza əzab çəkdirməyi istəmək. Kim istər ki?
- Allah? yox, əstəğfirullah!
- Sadəcə bir qəza idi.Səhlənkarlığın ucbatından. Əlbətdə ata qanunlara riayət edirdi, amma qarşı tərəf... Yenədə ucu insanlara gəlib çıxır.
- Bu gözləyişlər, noyabırın sıxıcı və yada salan olmasından irəli gəlmirdi.Çünki balaca qız, hər dörd fəsil, ayrı-ayrı ümidlərlə, ayrı-ayrı xatirələrlə atasını gözləyirdi
Hələdə yadından çıxmaz, dörd yaşı var idi sarışın gözəlin. Atasına sual vermişdi:
- Ata mən indi xəstələnmişəm hə?
- Hə gözəl qızım, amma keçicidi. Bax dəcəllik etməsəydin, indi çölə çıxıb qar topu oynayardıq.
- Ata mən öləcəm?

- Sus! O sözü ağzına alma birdə.Mələklər heç vaxt ölməz, həmişə xatırlanar.Xatırlanan birisidə heç vaxt ölə bilməz!
- Bağışla ata, səni əsəbləşdirmək istəməmişdim.
Bu danışığı altı yaşlı qız unuda bilmədi və atasının o cümləsini xatırlayaraq, ölmədiyini sanar.Çünki hər saniyə atasını xatırlayar və gözləyər.


- Süleyman Əliyev"Gözləyən biri"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.