"İbtidai hisslər"

08 Temmuz 2015
1 736
0
"İbtidai hisslər"
"İbtidai hisslər"
"İbtidai hisslər"

Həyat deyib, çox həvəslə böyümək istməmişdim ilklərdə. Sanmışdım ki, hər şey layiqincə və ədalətli bir şəkildə öz yerini tapacaq. Böyümək, aşiq olmaq və aşiq olacağım qızın əllərində tutub, planlarından bəhs etmək. Bu hələ qurduğum xəyalların başlanğıcı idi. Hələdə başa düşə bilmirəm bu qədər xəyal qurmaq mənim nə həddimə idi?!
- Bu filimlərin axrı xoşbəxtliklə qurtarmasaydı, bəlkədə bu qədər xəyalların düşgünü olmuyacaqdım. Kaş ki, atamdan xahiş etməzdim mənə xoşbəxtlik kasetlərindən alsın. Böyüdüm, böyüdükcə çirkinləşdim və anladım ki, uşaqlıqda xoşbəxtlik adlandırdığım hisslərə, mənzərələrə sevgi deyirlərmiş böyüklər. Amma dəyişən adı oldu tək, o vaxt kasetə pul verib qazanırdıqsa, indidə yalançı vədlər və bir-iki kağız parçası!
- Azadlığın ünvanı, xoşbəxtliyin qəfəsi, xəyalların əksi bu ölkədə deyil. Qısa geyinirlər deyə, xaricilərin çoxunu fahişə adlandırmağın nə mənası?! Bu ölkədə o qədər əxlaqsızlıq, fahişəlik gördüm ki, sadəcə susdum. Kanallarında, küçələrində, metrosunda yoxdur bəy, yox əsl insanlıq!
- Qaç, arxaya baxmadan qaç, önüvü kəsməmiş yox ol bu ölkədən! Bu ölkədə yaşayan kəslərin çoxlarının ruhları göylərə meyil edib.Anlaya bilmirsən baş verənləri, bu ölkədə qeyri-adi heçnə yoxdur. Sadəcə qeyri-rəsmi davranışlar və qeyri-səmimi insanlar mövcud olmaqdadır. Bu ölkənin yazarı taksi şoferi, müğənnisi isə.... boş verin müğənnisini onsuz efirdə çəkilib adı....
- Məni başa düşmək çox çətin deyil əslində, bir kəpənək həyatı qədər qısa bir ömür, böyük bir xoşbəxtlik.Həyatı anlatmaq mümkün deyil, çünki o həmişə eyni olmur.
- Oyanın!
- İçində çirkaba batdığınız hiss sevgi deyil, bir tür yoxsul qəddarlıqdır.Hansı ki, heçnədən ibarət olan, içi boş görsənən və sizi hər saniyə incidən bir duyğu.Sizcə Yaradan bu qədər gözəll bir hissi bu cür dəhşətə çevirə bilərmi?!
- Əsla! Bunu yalnız insan bacarar və bacarığını təqdim etməkdədir.Yaşanılan heç bir günü, heç bir saatı, heç bir dəqiqəni geri qaytara bilmərsən, amma yaşanılmaqda olan vaxtı xoş keçirə bilərsən. Bunun üçünsə üç şey lazımdır: Sən, ruhun və başqa bir ölkə....



"İbtidai hisslər"- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.